Keçid linkləri

2017, 18 Noyabr, şənbə, Bakı vaxtı 19:41

'Azərdəmiryol'un dəstəyi ilə İranda dəmir yolu xətti çəkiləcək


Dəmiryolu çəkilişi

Azərbaycanla İran arasında "Astara yükdoldurma və yükboşaltma terminalının tikintisi və istismarı" layihəsi üzrə müqavilə imzalanıb.

İmzalama mərasimi bu gün, iyunun 14-də Tehranda "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanovla İran Dəmir Yolunun baş direktoru Səid Məhəmmədzadənin iştirakı ilə keçirilib.

Buna da bax:​ Bakı-Gəncə-Bakı ekspress qatarı dayanır

Müqavilə Azərbaycan Dəmir Yolları QSC-nin dəstəyi ilə İran ərazisində 1,4 km-lik dəmir yolu xəttinin və 4 terminalın tikintisini nəzərdə tutur. Müqaviləyə əsasən "Azərbaycan Dəmir Yolları" QSC 15 illik 1,4 km-lik dəmir yolu xəttini, 25 illik isə terminalları icarəyə götürür.

Müqavilənin imzalanması mərasiminə "Gürcüstan Dəmir Yolu" QSC-nin sədri Mamuka Baxtadze də qatılıb.

Buna da bax: Astara-Astara dəmiryoluna böyük ümidlər

2016-cı ilin aprelindən Azərbaycan Astara stansiyasından İranın dövlət sərhədinə qədər birxətli 8,3 km dəmir yolunun çəkilişi başa çatdırıb. Hazırda İran Astarasında 35 ha sahədə dəmir yolu stansiyası və yükaşırma terminalı tikilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG