Keçid linkləri

2026, 08 May, cümə, Bakı vaxtı 01:13

Azərbaycan vergi yükünə görə regionda birincidir


Azərbaycan vergi yükünə görə regionda birincidir
Gözlə

No media source currently available

0:00 0:02:54 0:00

"Qlobal Vergi İcmalları" reytinqinə əsasən, Azərbaycanda korporativ gəlir vergisi 20 faiz təşkil etdiyi halda, bu göstərici Ermənistanda 18 faiz, Gürcüstanda isə 15 faizdir. Fiziki şəxslərin gəlir vergisində də bənzər fərq müşahidə olunur: Gürcüstan və Ermənistanda bu dərəcə 20 faiz olduğu halda, Azərbaycanda 25 faizə çatır. Əlavə Dəyər Vergisi (ƏDV) isə hər üç ölkədə eyni – 18 faiz səviyyəsində müəyyən edilib. İqtisadçı Zöhrab İsmayıl bildirir ki, Azərbaycanın vergi sistemi qonşuları ilə müqayisədə həm mürəkkəb, həm də dəyişkəndir. Ekspertin sözlərinə görə, Gürcüstanın vergi qanunvericiliyi daha sadə və stabil struktura malikdir ki, bu da biznes mühiti üçün mühüm üstünlük hesab olunur.

XS
SM
MD
LG