Azərbaycan vergi yükünə görə regionda birincidir
"Qlobal Vergi İcmalları" reytinqinə əsasən, Azərbaycanda korporativ gəlir vergisi 20 faiz təşkil etdiyi halda, bu göstərici Ermənistanda 18 faiz, Gürcüstanda isə 15 faizdir. Fiziki şəxslərin gəlir vergisində də bənzər fərq müşahidə olunur: Gürcüstan və Ermənistanda bu dərəcə 20 faiz olduğu halda, Azərbaycanda 25 faizə çatır. Əlavə Dəyər Vergisi (ƏDV) isə hər üç ölkədə eyni – 18 faiz səviyyəsində müəyyən edilib. İqtisadçı Zöhrab İsmayıl bildirir ki, Azərbaycanın vergi sistemi qonşuları ilə müqayisədə həm mürəkkəb, həm də dəyişkəndir. Ekspertin sözlərinə görə, Gürcüstanın vergi qanunvericiliyi daha sadə və stabil struktura malikdir ki, bu da biznes mühiti üçün mühüm üstünlük hesab olunur.
Arxiv
-
May 07, 2026Azərbaycanın İtaliyadakı 3 milyardı hara gedib?
-
May 04, 2026'Broker islahatı' gömrükdə rüşvətin kökünü kəsəcək?
-
May 01, 20266 medaldan 5-ni legionerlər qazanıb – bu uğurdurmu?