'Broker islahatı' gömrükdə rüşvətin kökünü kəsəcək?
Gömrük Məcəlləsinə təklif edilən yeni dəyişikliklərlə "gömrük brokeri" anlayışı "dolayı gömrük təmsilçiliyi" ilə əvəzlənir. İslahat çərçivəsində bu sahədə lisenziya tələbi ləğv edilir və vahid reyestr sisteminin yaradılması nəzərdə tutulur. İqtisadçı Natiq Cəfərli hesab edir ki, bu addım mahiyyət etibarilə mövcud vəziyyətin rəsmiləşdirilməsidir: "Əslində, illərdir qeyri-rəsmi şəkildə formalaşmış sistemin qanuni müstəviyə keçməsi daha məntiqlidir. Əvvəllər broker xidməti göstərənlərin çoxu vergi ödəmədən fəaliyyət göstərirdi. Yeni sistemlə onlar rəsmi qeydiyyata alınacaq, "gömrük təmsilçisi" kimi fəaliyyət göstərəcək və əldə etdikləri gəlirləri rəsmiləşdirərək dövlət büdcəsinə vergi ödəyəcəklər".
Arxiv
-
May 12, 2026Ağır cərimələr gəlir – bu dəfə məmurlara
-
May 12, 2026Əliyevin 10 min mal-qara hədəfi: Ət ucuzlaşacaqmı?