Xərçənglə mübarizə sadə vətəndaş üçün əlçatandırmı? – 'Vəsait ehtiyacın 1/10-ni belə ödəmir'
2026-cı ilin dövlət büdcəsindən Milli Onkologiya Mərkəzinə 62.6 milyon manat vəsait ayrılsa da, ekspertlər bu məbləğin ehtiyacları qarşılamadığını bildirirlər. Həkim-ekspert Adil Qeybullanın sözlərinə görə, mövcud xəstə sayını nəzərə alsaq, ayrılan vəsait təkcə immun preparatlarının xərclərinin 1/10-ni belə ödəmir: 'Onkologiya Mərkəzində xəstə axını həddindən artıq böyükdür. Belə bir kütləvi müraciəti mövcud imkanlarla tam qarşılamaq, təbii ki, müəyyən narazılıqlara yol açır. Əgər yetərli maliyyə ayrılsa və bu vəsait xəstələrin ehtiyaclarına şəffaf şəkildə yönəldilsə, hesab edirəm ki, problemlər aradan qalxar. Bu vəziyyət təkcə Onkologiya Mərkəzinə xas deyil, digər dövlət xəstəxanalarında da bənzər çətinliklər yaşanmaqdadır".
Arxiv
-
Oktyabr 22, 2026Binalarda qaz yox, elektrik olacaq – İki yeni xərc gəlir
-
Oktyabr 21, 2026İrandan Naxçıvana yol — sanksiyalar mane ola bilər?
-
Oktyabr 21, 2026Universitetlərin Bakıdan köçürülməsi tıxacları bitirə bilərmi?