2026, 11 Noyabr, çərşənbə, Bakı vaxtı 18:14

Azərbaycan Avropa Parlamenti ilə əlaqələrini kəsdi


Azərbaycan Avropa Parlamenti ilə əlaqələrini kəsdi

No media source currently available

Azərbaycan Milli Məclisi Avropa Parlamenti (AP) ilə əməkdaşlığı dayandırdığını açıqlayıb. Bu qərar AP-nin Ermənistanla bağlı qəbul etdiyi son qətnaməyə etiraz olaraq verilib. Siyasi şərhçi Araz Əliyevin sözlərinə görə, bu addım 2024-cü ildə tərəflər arasında başlayan soyuqlaşmanın növbəti mərhələsidir. Ekspert qeyd edib ki, Avropa Parlamentinin Ermənistandakı demokratik sistemi dəstəkləmək niyyəti anlaşılandır, lakin qurum vaxtında Azərbaycandakı insan hüquq və azadlıqlarının vəziyyətinə də adekvat münasibət bildirməli idi. Onun fikrincə, Azərbaycana qarşı hər hansı təzyiq cəhdi siyasi konyunkturaya deyil, yalnız haqlı səbəblərə — insan haqlarının pozulması faktlarına əsaslanmalıdır.

XS
SM
MD
LG