Keçid linkləri

Təcili xəbərlər
2019, 15 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:28

Güclü şimal küləyi gözlənir


Bakı

İyulun 23-də Bakı və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi, güclü şimal-qərb küləyinin əsəcəyi təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 21-25, gündüz 28-33, Bakıda gecə 23-25, gündüz 30-32 dərəcə isti proqnozlaşdırılır.

İyulun 23-də Azərbaycanın əksər rayonlarında da bir elə yağıntı gözlənmir. Lakin axşam bəzi dağlıq ərazilərdə yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Gecə 20-25, gündüz 34-39, dağlarda gecə 14-19, gündüz 21-26 dərəcə isti təxmin edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG