Keçid linkləri

Təcili xəbərlər
2019, 23 Avqust, Cümə, Bakı vaxtı 06:28

Dağlıq rayonlarda leysan, dolu gözlənir


Yağış

Mayın 16-da Bakı və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənir. Cənub-qərb küləyinin əsəcəyi, günün ikinci yarısında onun şimal küləyi ilə əvəzlənəcəyi təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 15-18, gündüz 25-29, Bakıda gecə 15-17, gündüz 27-29 dərəcə isti proqnozlaşdırılır.

Azərbaycanın rayonlarında da mayın 16-da bir elə yağıntı gözlənmir. Lakin gündüz bəzi dağlıq rayonlarda şimşək çaxacağı, yağış yağacağı, bəzi yerlərdə yağışın leysana keçəcəyi və dolu düşəcəyi ehtimalı var. Gecə 14-18, gündüz 27-32, dağlarda gecə 8-13, gündüz 17-22 dərəcə isti təxmin edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG