Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Oktyabr, şənbə, Bakı vaxtı 08:06

Yağış, güclü külək və qar gözlənir


Yağış

Yanvarın 9-da Bakı və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Arabir güclənən cənub-qərb küləyinin əsəcəyi, axşam onun güclü şimal-qərb küləyi ilə əvəz olunacağı, gecəyə doğru arabir şiddətlənəcəyi təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 5-7, gündüz 9-12, Bakıda gecə 5-7, gündüz 9-11 dərəcə isti proqnozlaşdırılır.

Yanvarın 9-da Azərbaycanın bəzi rayonlarında da arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənir. Gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 0-5, yüksək dağlıq ərazilərdə 7-11 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti təxmin edilir.

Tibbi-meteoroloji xəbərdarlıq

Yanvarın 9-da Abşeron yarımadasında atmosfer təzyiqinin enməsi fonunda arabir güclənən gilavar küləyinin axşamdan yanvarın 10-u gündüzədək güclü xəzri küləyi ilə əvəz olunacağı gözlənir. Meteoroloji amillərin qısa müddətə belə təzadlı dəyişkənliyi əksər əhaliyə əlverişsiz sayılır.

Multimedia

XS
SM
MD
LG