Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Sentyabr, şənbə, Bakı vaxtı 11:47

Bakıda 89 qanunsuz miqrantın saxlanıldığı bildirilir


Hinistanlı qanunsuz miqrantlar. Fevral 2018

Bakıda Hindistan vətəndaşlarının aldadılaraq Azərbaycana gətirildiyi, bu məsələdə təşkilatçıların saxlandığı bildirilir.

Dövlət Miqrasiya Xidmətinin (DMX) mətbuat xidmətinin məlumatına görə, yanvarın 29-dan 31-nə qədər və fevralın 1-də Bakının Sabunçu, Binəqədi rayonlarında qanunsuz miqrasiyaya ilə mübarizə tədbirləri həyata keçirilib.

İddialara görə, xidmət müəyyən edib ki, saxlanan 89 Hindistan vətəndaşı ölkəyə viza ilə daxil olub. Onların qeydiyyat qaydalarını pozduqları vurğulanır.

Hindistan sakinlərinin Azərbaycana işlə təmin etmək adı altında gətirildiyi bildirilir. DMX vurğulayır ki, onların Azərbaycana gətirilməsini Hindistan vətəndaşları Mohammad Sakir, Alimuddin Shaikh, SK Allarakha, Pathan Junedkhan Mukimkhan və Pakistan vətəndaşı Sajid Fraz təşkil edib.

Buna da bax: Azərbaycanda qanunsuz miqrantlar aşkarlanıb

Mohamed Sakir, Pathan Junedkhan Mukimkhan, Alimuddin Shaikh-in saxlandığı, SK Allarakha-nın isə ölkə ərazisini tərk etməyə cəhd edərkən hava limanında tutulduğu açıqlanıb. Adları çəkilən şəxslər Qanunsuz Miqrantların Saxlanılması Mərkəzinə yerləşdirilib.

Miqrasiya Xidməti bildirir ki, onlar Azərbaycana gətirilən Hindistan vətəndaşlarının hər birindən iş və təhsil əsası ilə müvəqqəti yaşama icazəsi almaq adı ilə 400-500 dollar alıblar.

Xarici vətəndaşlarının bəziləri ilə saxta əmək müqaviləsinin bağlanıldığı, həmin şəxslərə əməkhaqqı adı altında 600 manat məbləğində ödəniş edildiyi, bundan başqalarından ötrü reklam kimi istifadə olunduğu bildirilir.

Buna da bax: Rusiyada miqrantlara münasibət dəyişməyə başlayıb [video]

“Qeyd olunan əcnəbilərin qanunsuz əməlləri sübuta yetirilib, faktlar öz təsdiqini tapıb və mövcud qanunsuz miqrasiya kanalı tamamilə ifşa edilib”, – xidmət bildirir.

Açıqlamada adları çəkilən şəxslərin və ya vəkillərinin bu ittihamlara, hələlik, münasibətini almaq mümkün olmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG