Keçid linkləri

Təcili xəbərlər
2018, 24 May, Cümə axşamı, Bakı vaxtı 23:15

Azərbaycanda qanunsuz miqrantlar aşkarlanıb


Azərbaycab Dövlət Miqrasiya Xidməti

Dövlət Miqrasiya Xidməti ölkə ərazisində qanunsuz yaşayan 9 nə­fər Hindistan, 1 nəfər Banqladeş və 1 nəfər də Ni­geriya vətən­da­şı aşkar etdiyini bildirir.

Xəbərdə deyilir ki, bu şəxslərə qeydiyyatsız yaşadıqları “Sport Baku Hostel”in inzibatçısı Elnur Məmmədovun müvəqqəti yaşama icazəsinin alın­ma­sı­na dair vədlər verdiyi və qanunsuz olaraq ölkə ərazisində qalmalarına şərait yaradıldığı məlum ol­ub.

Eyni zamanda, adıçəkilən hosteldə saxlanılmış Banqladeş vətəndaşının ölkə ərazisindən çıxarıldığı, bilərək­dən pasport məlumatlarının dəyişdirildiyi və təkrar Azərbaycana daxil olduğu qeyd edilir.

Qurum qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirlərini davam etdiriyini bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG