Keçid linkləri

2017, 19 Noyabr, bazar, Bakı vaxtı 01:36

Ramil Usubov: ‘341 polis cəzalandırılıb’


Ramil Usubov Sumqayıt polis idarəsində.

“Bu ilin ötən dövründə insan və vətəndaş hüquqlarının pozulması faktlarına görə 341 polis əməkdaşı cəzalandırılıb. 20 nəfər xidmətdən xaric edilib”.

Daxili işlər naziri Ramil Usubov belə deyib. O, bu gün, oktyabrın 30-u Avropa Şurasının İşgəncələrin, qeyri-insani, ləyaqəti alçaldan rəftarın və ya cəzanın qarşısının alınması üzrə Komitəsinin üzvü Giorgi Tuqushinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Nazir qonağa bildirib ki, ilin geridə qalan hissəsində 38 polis tutduğu vəzifədən azad olunub, 283 əməkdaşa digər intizam tənbehi verilib.

Buna da bax: MTN polkovniki: '579 adam tutmuşam, amma heç birinin evində... '

Polisdən insan hüquqlarının pozuntuları ilə bağlı edilən müraciətləri operativ və obyektiv araşdırdıqlarını deyən nazir müvəqqəti saxlama yerlərinin durumu haqda da danışıb. Onun bildirdiyinə görə, 2001-ci ildən polisin müvəqqəti saxlama yerlərinin 50-si yeni inşa edilib, daha 22-si əsaslı təmir olunub.

Görüş zamanı polisin nüfuzuna xələl gətirməkdə maraqlı olan bəzi şəxslərin cəmiyyətə yanlış bilgilər ötürdüyü də ifadə edilib. Nazir beynəlxalq təşkilatlara, o cümlədən Avropa Şurasına belə qərəzli müraciətlərin ünvanlanmasından təəssüfləndiyini bildirib.

Buna da bax: ‘Nardaran işi-3’: 'Bu adamlar terrorçu deyil, günahsızdır'

Daxili İşlər Nazirliyinin məlumatında vurğulanır ki, Giorgi Tuqushi müxtəlif vaxtlarda aşkarlanan çatışmazlıqların bir hissəsinin aradan qaldırıldığını qeyd edib. O, həmçinin, ərazi polis orqanlarına gətirilən şəxslərin saxlanması ilə bağlı bəzi nöqsanların, hələ də mövcudluğunu xatırladıb.

Azərbaycanda əsas insan hüquq və azadlıqlarının durumu ifadə edilən bəzi beynəlxalq hesabatlarda polis zorakılığından bəhs edilir. Bəzi müstəqil ekspertlər Azərbaycan polisinin insan hüquq və azadlıqlarının qorunmasından çox, hakimiyyətin sifarişlərini yerinə yetirdiklərini düşünürlər. Həbsdə olan istər siyasilər, istərsə də inanclı insanlar məhkəmələrdə polisin işgəncələrinə məruz qalmaları ilə bağlı dəfələrlə açıqlama veriblər. Azərbaycan məhkəmələrində belə işlərin heç birində işgəncə şikayətləri qəbul edilməyib. Ancaq Avropa İnsan Hüquqları Məhkəməsi bir neçə işdə vətəndaşların polisin zorakılığına məruz qaldığı qənaətinə gəlib.

Buna da bax: Polis rəisinin müavinini təcavüzdə suçlayan qadın həbs olunub

Üstəlik, fəallar bildirirlər ki, Milli Şuranın keçirdiyi son icazəli mitinqlərdən öncə onları polisə çağırıb aksiyalara getməməkdən ötrü hədələyirlər. Ancaq Daxili İşlər Nazirliyi belə açıqlamalara, hələ də münasibət bildirməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG