Keçid linkləri

Təcili xəbərlər
2018, 14 Dekabr, Cümə, Bakı vaxtı 02:57

Müdafiə naziri ‘Yad Vaşem’i ziyarət edib


Zakir Həsənov “Yad Vaşem” memorial kompleksində. 12sept2017

Azərbaycanın müdafiə naziri Zakir Həsənovun başçılıq etdiyi nümayəndə heyəti “Yad Vaşem” memorial kompleksini ziyarət edib.

Bu barədə bu gün, sentyabrın 12-si Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, İsrailə rəsmi səfəri çərçivəsində Azərbaycan müdafiə nazirliyinin nümayəndə heyəti İkinci Dünya Müharibəsi illərində faşizm qurbanı olmuş yəhudi xalqının nümayəndələrinin xatirəsinə ucaldılan “Yad Vaşem” memorial kompleksini ziyarət ediblər.

Buna da bax: İŞİD-in əlində 11 mindən çox boş Suriya pasportu var

Nazir Z.Həsənov Holokost qurbanlarının abidəsi önünə əklil qoyub və xatirə kitabını imzalayıb.

Sentyabrın 11-də isə Tel-Əviv şəhərində Zakir Həsənovla İsrailin müdafiə naziri Aviqdor Liberman arasında görüş keçirilib.

Buna da bax: İraqda partlayış törətmək istəyən qadının azərbaycanlı olduğu xəbər verilir

Nümayəndə heyətlərinin geniş tərkibdə keçirilən görüşündə tərəflər regional təhlükəsizlik, iki ölkə arasında hərbi, hərbi-texniki və digər qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Z.Həsənov sentyabrın 11-dən İsraildə səfərdədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG