Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:45

İraqda partlayış törətmək istəyən qadının azərbaycanlı olduğu xəbər verilir


Televiziya reportajından kadr
Televiziya reportajından kadr

İraq dövlət telekanalı xəbər verib ki, hökumət qoşunları Ninəva əyalətinin şimal-qərbində özünü partlatmaq istəyən bir “türk qadını” həbs ediblər.

Əl-İraqiyya telekanalının reportajında bildirilir ki, əslən azərbaycanlı bu qadın İslam Dövləti təşkilatının son istehkamı olan Tel Afarın 15 kilometrliyindəki Ayadiyya şəhərində özünü əsgərlərin arasına ataraq üstündəki bombanı partlatmağa çalışıb.

Televiziya ilə yayınlanmış videoda qadın “Nailə” olaraq təqdim edilir. Qadın deyib ki, o İraqa üç il əvvəl azərbaycanlı əri ilə gəlmişdi. Onun dediyinə görə əri raket zərbələri zamanı həlak olub.

Qadın bundan sonra İŞİD-in üzvü olan başqa bir iraqlıya ərə gedib.

Xəbər verilir ki, qadının belində partladıcı kəmər olsa da, onu dilə tutmaq mümkün olub.

İraq hökumət qoşunları Tel Afarı avqustun axırlarında ələ keçirib. Bu, Mosuldan sonra İŞİD-in İraqdakı ən son sığınacağı idi.

Son iki gün ərzində Qərb mediasında yayılan xəbərlərə görə hazırda İraq qoşunları 1400-dək qadın və uşağı Tel Afar yaxınlığındakı düşərgədə saxlayırlar. Bunlar İslam Dövləti adlandırılan təşkilatın döyüşçülərinin ailə üzvləridir. Onların əksəriyyətinin Türkiyədən olduğu xəbər verilir, lakin qadınların arasında Tacikistan, Rusiya, Azərbaycandan olanlar da var.

The Daily Caller” saytında Jonah Bennett bunlardan birinin adının Aybəniz olduğunu yazır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG