Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:16

İŞİD-in əlində 11 mindən çox boş Suriya pasportu var


Suriya pasportu
Suriya pasportu

Almaniya rəsmiləri inanırlar ki, İslam Dövləti (İŞİD) silahlı qruplaşmasının əlində 11 min 100 boş Suriya pasportu var və istənilən fərd barədə bilgilərlə doldurula bilər. Bu haqda həftəlik “Bild am Sonntagqəzeti yazıb.

Təhqiqatçılar boş pasportların seriya nömrələrinin siyahısını hazırlayıb və hakimiyyət onu çap edib. Qəzet bunu federal polis və daxili işlər nazirliklərində konfidensial sənədlərə istinadla yazıb.

Bildirilir ki, bu şəxsiyyət sənədləri heç bir fərdin məlumatları ilə doldurulmayıb və saxtakarlardan ötrü qiymətli alətdir.

Buna da bax:​ İŞİD-ə biət ittihamıyla 11 və 13 il həbs aldılar

BU SƏNƏDLƏRDƏN NECƏ İSTİFADƏ OLUNUR

Ümumilikdə isə, Almaniyanın təhlükəsizlik xidmətləri Suriyanın hökumət saytlarından 18 mindən çox boş pasportun oğurlandığını bilir. Onlardan bəziləri İŞİD-in deyil, digər silahlı qruplaşmaların əlindədir.

“Qaçqınlarla bağlı hadisələr göstərib ki, terrorçu təşkilatlar bu imkandan yararlanaraq Avropa və Almaniyaya potensial hücumçuları və tərəfdarlarını göndərirlər”, – BKA federal kriminal polisin sözçüsü “Bild am Sonntag”a deyib.

2015-ci ildə Parisdə 130 nəfərin ölümüylə nəticələnmiş bomba və silah hücumlarının arxasında duran İŞİD-çilərin saxta Suriya pasportu işlətdiyi üzə çıxmışdı.

Buna da bax:​ İraqda partlayış törətmək istəyən qadının azərbaycanlı olduğu xəbər verilir

“Ancaq saxta, yaxud dəyişdirilmiş pasportlar daha çox qanunsuz giriş üçün istifadə olunur, terrorçu hücum gerçəkləşdirmək kimi motivləri olmur”, – sözçü deyib.

Qəzet əməkdaşı gördüyü sənədlərə əsasən yazır ki, 2016-cı ildə Almaniya miqrasiya rəsmiləri 8 min 625 saxta pasport aşkarlayıb.

Ancaq onlardan neçəsinin İŞİD-in əlindən keçdiyi bildirilmir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG