Son iki gündə İraqın Mosul şəhərində İslam Dövləti (İŞİD) silahlı qruplaşmasının əlindən qaçan onlarla dinc sakin öldürülüb. Bu haqda “Reuters” informasiya agentliyi xəbər yayıb.
“Reuters TV”nin çəkiliş heyətinin iyunun 3-də verdiyi məlumata görə, Zəncili bölgəsində küçədə tapılan meyitlər sırasında kişilər, qadınlar və uşaqlar var. Bu bölgə yaraqlılarla İraq hökumət qüvvələri arasındakı cəbhə xəttinin yaxınlığındadır.
Buna da bax: İraq qüvvələri Mosula son hücumun başlandığını deyirlər
Zəncili Mosulun İŞİD-in əlində qalan son 3 rayonundan biridir.
İraq qüvvələri iyunun 2-də bildiriblər ki, Sihha rayonunu da tutublar.
Bundan sonra Mosulda İŞİD-in əlində 3 rayonun qaldığı bildirilib.