Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Dekabr, şənbə, Bakı vaxtı 08:52

İraq qüvvələri Mosula son hücumun başlandığını deyirlər


Iraq, Mosul, 23 May, 2017

ABŞ-ın dəstəklədiyi İraq qüvvələri ölkənin qərbində yerləşən Mosul şəhərinə genişmiqyaslı hücuma başlayıblar. Məqsəd şəhəri İslam Dövləti (İŞİD) yaraqlılarından təmizləməkdir.

Birgə Əməliyyatlar Komandanlığı mayın 27-də bildirib ki, təhlükəsizlik qüvvələri Dəclə çayının qərb sahilində “azad olunmamış ərazilərə” hücum edirlər.

Buna da bax:​ İŞİD-in Mosulda tutduğu ərazi kiçilir, amma…

Bir gün öncə İraqın hava qüvvələri vərəqələr ataraq sakinləri Köhnə Şəhərin şimalındakı məhəllələrdən çıxmağa çağırıblar.

Bəyanatda Köhnə Şəhərin özündə hücumun başlayıb başlamadığı bildirilmir.

İraq qüvvələri Mosulu ələ keçirsə, bu, İŞİD ekstremistlərinə böyük zərbə olar. İŞİD lideri Abu Bakr al-Baghdadi üç il öncə məhz bu şəhərdə “xilafət”in yaradıldığını elan edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG