Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 05:17

İŞİD-in Mosulda tutduğu ərazi kiçilir, amma…


İraq, Mosul. 19 may, 2017

İraqın ordu rəsmiləri bildirirlər ki, İslam Dövləti (İŞİD) silahlı qruplaşmasının Mosulun qərbində tutduğu ərazi kiçilir. Amma şəhərin köhnə hissəsi də həmin əraziyə daxildir və ağır döyüşlər hələ qabaqdadır.

İraq xüsusi qüvvələri mayın 20-də bildiriblər ki, tapşırılan ərazini tutublar, ancaq “baş nazir göstəriş verərsə, digər qüvvələri də dəstəkləməyə” hazırdırlar.

Buna da bax:​ 'Mosul döyüşləri bir neçə günə bitəcək'

Yerli mənbələrin bildirdiyinə görə, silahlı qruplaşma hazırda dörd əraziyə – Al-Shafaa, Al-Zinjiji və Köhnə Şəhərə nəzarət edir. Bu bölgələr Dəclə çayının qərb sahilində yerləşir.

Hazırkı əməliyyatın məqsədi sıx məskunlaşmış Köhnə Şəhəri tutmaqdır. Orada 500 İŞİD yaraqlının olduğu, onların dinc sakinlərdən canlı qalxan kimi istifadə etdiyi bildirilir.

Köhnə Şəhərdəki məscidə İŞİD lideri Abu Bakr al-Baghdadi 2014-cü ildə xilafətin yaradıldığını elan edib.

Buna da bax:​ Tabqa şəhəri İŞİD-dən alınıb

ABŞ və koalisiya qüvvələrinin dəstəklədiyi İraq ordusu ötən oktyabrda Mosulun azad edilməsi əməliyyatına başlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG