Keçid linkləri

2017, 29 May, Bazar ertəsi, Bakı vaxtı 19:18

Birləşmiş Ştatların dəstəklədiyi Suriya döyüşçüləri Tabqa şəhərini və ölkənin ən böyük su bəndini tutublar.

Tabqa Raqqadan 40 kilometr qərbdə yerləşir. Bununla da İŞİD-in paytaxt elan etdiyi Raqqaya gedən yolda qruplaşmanın əlində olan böyük yaşayış məskəni qalmır.

Kürd və ərəb döyüşçülərdən ibarət Suriya Demokratik Qüvvələri (SDF) bir neçə həftədir Tabqa uğrunda döyüşür. Bu yaxınlarda Birləşmiş Ştatlar onları ağır silahlarla təmin edib ki, bu da Türkiyəni qəzəbləndirib.

SDF-in müşaviri Nasser Haj Mansour deyib ki, şəhər və yaxınlıqdakı Tabqa su bəndi tamamilə azad olunub, SDF İŞİD-in bütün yaraqlılarını ərazidən çıxarıb.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG