Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Fevral, Cümə axşamı, Bakı vaxtı 15:04

Papa mümkün ABŞ-Şimali Koreya müharibəsindən danışır


Papa Francis Misirdə, 28 april, 2017

Papa Francis deyir ki, Birləşmiş Ştatlarla Şimali Koreya böyük müharibəyə başlarsa, “insanlığın yaxşı hissəsi” məhv olar. Papa üçüncü ölkənin rəqiblər arasında vasitəçilik etməsinin vacibliyini vurğulayıb.

Francis aprelin 29-da Misirə səfərdən qayıdarkən təyyarədə danışıb.

Bu arada Koreya yarımadasında gərginlik artır, Şimali Koreya BMT-nin qətnamələrini pozaraq ballistik raketlər sınaqdan çıxarır. Pxenyan nüvə silahı da sınaqdan çıxarıb.

Buna da bax:​ ABŞ-la Yaponiya Şimali Koreya yaxınlığında birgə hərbi təlimə başlayıblar

ABŞ prezidenti Donald Trump Koreya yarımadasına donanma qüvvəsi göndərib, xəbərdarlıq edib ki, dünya Şimali Koreya lideri Kim Jong Un-un silah proqramını dayandıra bilməsə, “katastrofik fəsadlar” yaranar.

Papa deyir ki, ABŞ prezidentini və digər liderləri diplomatiya və danışıqlardan istifadə etməyə çağıracaq. O, Norveç kimi üçüncü ölkənin böhranda vasitəçilik edə biləcəyini söyləyib.

Buna da bax: Rusiya Şimali Koreya sərhədinə niyə qoşun toplayır?

Papanın Misirə səfərindən öncəki aylar ərzində bu ölkədə 3 kilsə partladılıb, onlarla dindar öldürülüb. Hücumlara görə məsuliyyəti İslam Dövləti (İŞİD) ekstremist qruplaşması üzərinə götürüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG