Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Fevral, şənbə, Bakı vaxtı 23:50

Rusiya Şimali Koreya sərhədinə niyə qoşun toplayır?


Şimali Koreya ilə Rusiyanın sərhədi

Rusiyanın Şimali Koreya sərhədinə qoşun toplaması planlaşdırılan təlimlərlə bağlıdır, Koreya yarımadasındakı gərginliklə yox. Bunu Rusiya ordusunun Uzaq Şərqdəki sözçüsü aprelin 21-də deyib.

Kremlin sözçüsü Dmitri Peskovsa daha öncə bu barədə şərh verməkdən imtina etmişdi.

Buna da bax: Rusiya hərbi texnikasının Şimali Koreya sərhədinə doğru cəmləşdiyi xəbər verilir

Yerli media və YouTube sosial şəbəkəsində Şimali Koreyayla həmsərhəd Primorye regionuna çoxsaylı tankların və raketlərin yerləşdirildiyi görünürdü. Yerli media sakinlərə istinadla yazırdı ki, onlar ABŞ-la Şimali Koreya arasında mümkün nüvə toqquşmasının regiona təsirindən narahatdırlar.

Amma Rusiya ordusunun Uzaq Şərqdəki sözçüsü Aleksandr Gordeyev Rusiya mediasına söyləyib ki, bu hərbi fəaliyyət planlaşdırılan təlimin bir hissəsidir. O, həmin təlimlərin hər il keçirildiyini söyləyib.

Buna da bax: Nüvə sınağı meydançasında voleybol oynayırmışlar

Sözçünün deməsinə görə, döyüş təlimlərinin son raundu aprelin 3-də başlanıb və aprelin 29-da bitəcək, əsgərlər və texnika tezliklə öz bazalarına qayıdacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG