Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 05:25

Yanukovych-in oğurladığı deyilən pullar qaytarılır


Ukrayna. Viktor Yanukovych-in büstü.

Aprelin 28-də Ukrayna keçmiş prezident Viktor Yanukovych-in Kiyev hökumətindən oğurladığı deyilən 1,5 milyard dolların qaytarılması prosesinə başlayıb.

“Bu pul Ukrayna xalqından oğurlanıb. Bu pul hər bir ukraynalının cibindən çıxarılıb”, – Ukrayna prezidenti Petro Poroshenko deyib.

Buna da bax: Ukrayna Avropa Birliyi ilə vizasız rejimin astanasında

Milli Təhlükəsizlik və Müdafiə Şurası bildirib ki, Oschadbank dövlət əmanətləri bankı Yanukovych-in holdinqlərinin müsadirəsinə başlayıb. Bu barədə məhkəmə qərarı var.

Şuranın sədri Oleksandr Turchynov 1,5 milyard dolların dövlət büdcəsinə qaytarılacağını söyləyib.

Yanukovych və müttəfiqlərinin sərvəti onun hökuməti 2014-cü ilin fevralında devriləndən sonra dondurulub. Keçmiş prezident hazırda Rusiyada yaşayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG