Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Oktyabr, çərşənbə, Bakı vaxtı 05:36

Ukrayna Avropa Birliyi ilə vizasız rejimin astanasında


Foto arxiv

Avropa Birliyi ölkələrinin səfirləri aprelin 26-da Ukraynaya viza rejiminin ləğvini təsdiqləyib.

Bu Ukraynanın Avropa Birliyi ilə daha sıx əlaqələr qurması və ona qarşı viza rejiminin tam ləğvi istiqamətində vacibaddım hesab olunur.

Sənədin yekun umza mərasimi mayın 17-də Strasburqda olacaq.

Avropalı diplomatların AzadlıqRadiosuna verdikləri məlumata görə vizasız rejimlə bağlı yekun qərar isə iyunun ortalarında gözlənilir.

Bundan sonra Ukrayna vətəndaşları 6 ay ərzində 90 gün Avropa Birliyi ölkələrində vizasız qala biləcəklər.

Amma bu qərar Böyük Britaniya ilə İrlandiyaya şamil edilmir.

Şərhçilər hesab edir ki, Rusiyanın 2014-cü ildə Krımı ilhaq eləməsi və Ukraynanın şərqindəki münaqişə Ukraynanın Avropa Birliyi ilə daha yaxından əməkdaşlıq cəhdlərini daha da gücləndirdi.

Xatırladaq ki, keçmiş Sovet respublikalarından Gürcüstan vətəndaşları da artıq martın 28-dən Avropa Birliyi ölkələrinə vizasız gedə bilirlər.

Bu, Avropa Birliyinin “Şərtq tərəfdaşlığı və yaxın qonşuluq “ proqramı çərçivəsində həyata keçirilir.

Bu proqrama ilkin olaraq Azərbaycan, Gürcüstan, Ukrayna, Moldova və Belarus daxil idi.

Amma Ermənistan son anda Rusiyanın rəhbərlik etdiyi Avrasiya iqtisadi birliyinə daxil oldu.

Azərbaycansa Avropa Birliyi ilə başqa formada əməkdaşlıq etmək qərarına gəlib və tərəflər artıq bunu razılaşdırıb.

Həmçinin Ermənistanla Avropa Birliyi başqa formada əmkdaşlıq etmək razılığına gəliblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG