Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:39

1.86 milyard aylıq istifadəçisi olan “Facebook” 2016-cı ilin 3-cü rübündə 2.38 milyard dollar gəlir götürüb

Çox yox, 15 il bundan əvvəl bu və ya digər məqalənin qəzetin hansı səhifəsində verilməsi, hansı səhifələrin rəngli, hansıların ağ-qara çap olunması redaksiya heyətinin gündəlik müzakirə mövzusuna çevrilirdi olurdu. O vaxt hələ heç də bütün qəzetlər rəngli çapdan çıxmırdı.

Buna da bax: Müharibə yenidən qızışa bilər - Ekspertlər danışır

Bəzən redaktorlar hansısa məqaləni qəzet səhifəsindəki boş yerə yerləşdirməyə çalışırdı. Ya da, mövcud yerə sığacaq uyğun bir başlıq axtarırdılar. Hər şey o qədər sürətlə dəyişdi ki, bunların hamısı, yəni 10-15 il əvvəlki reallıqlar, demək olar, artıq keçmişdə qalıb. Elektron media bu cür məsələləri artıq arxaikləşdirib.

arxiv foto
arxiv foto

İlk qəzet 17-ci əsrdə çap olunub. O vaxtdan bəri- ötən üç əsr ərzində qəzetin yaradılması və yayılması prosesi o qədər də dəyişməmişdi. Yalnız kompüterlərin gündəlik həyata daxil olmasından sonra bu sahədə köklü dəyişiklik baş verdi. Çap mediasının onlayn məkana keçidi nəşriyyatların ənənəvi rolunu azaltdı. Naşirlərin inadlı müqavimətinə baxmayaraq, onların xəbər sənayesində mövqeləri xeyli zəiflədi.

HAMISINI BACARMALIDIRLAR.....

Bu gün artıq jurnalistika tələbələrindən televiziya, radio və ya qəzet jurnalistikası üzrə ixtisaslaşmaq tələb olunmur. Çünki onlar bunların hamısını bacarmalıdırlar. Onlayn media dövründə gənc jurnalistlər həm video çəkməyi, onu redaktə etməyi, internetə yerləşdirməyi, məlumatlar bazasından istifadə etməyi və Photoshop-da işləməyi bacarmalı, sosial medianın incəliklərini bilməli və nəhayət, məqalə yazmağı və redaktə etməyi bacarmalıdır.

Bu gün xəbər dünyası inanılmaz dərəcədə açıq və əlçatan görünür. Yəni, hər kəs öz bloqunu yaradar və bloqqer ola bilər. Yaxud qonorar gözləməyən hər bir şəxsin “Huffington Post”da məqaləsi dərc edilə bilər. Ya da hər kəs “Twitter”də və ya “Facebook”da özünün oxucu kütləsini formalaşdıra bilər.

Britaniyada bir vaxtlar gənc jurnalistlərin stajkeçmə və ya ilk iş yerləri olan əyalət qəzetləri bu gün ölmək üzrədir. Vaxtilə onların səhifələrini bəzəyən reklamlar indi ya onların səhifələrindən tamamilə yoxa çıxıb, ya da tək-tük internet versiyalarında qalıb.

KÖHNƏ GƏLİR ƏL VERMİR, BƏS, YENİ GƏLİR NƏ OLA BİLƏR?

Ölkəmiqyaslı qəzetlərin də durumu acınacaqlıdır. Tiraj durmadan düşür, onlayn reklamdan gəlirlər ürəkaçan deyil. Çünki onlayn reklamların çoxu hər min klikə hesablandığından, sabit gəlir gətirmir. İnternet istifadəçiləri isə yazı oxuyarkən, yaxud video izləyərkən ortada reklam görməkdən heç də məmnun olmurlar. Bu, bəzən onların ən yaralı yeri olur. Son illər reklamı blok edən proqramların İnternetdə geniş yayılması təsadüfi deyil.

Buna da bax: Ekspert: «Ermənistan itirdiyi mövqeləri geri almaq istəyir»

Bu gün ənənəvi jurnalistika ayaqda qala bilməkdən ötrü ya xərclərini azaltmalı (müxbirlərini işdən çıxarmalı), ya da yeni gəlir mənbələri tapmalıdır. Məsələn,

The Guardian qəzeti
The Guardian qəzeti

böyük maddi itkilərlə üzləşmiş Britaniyanın “The Guardian” qəzeti üzvlük/abunə sisteminə keçir. ABŞ-ın “Mother Jones” jurnalı isə yalnız araşdırma yazılarına pul verir. Patreon veb-saytı daha innovativ davranaraq, oxucularına müəllifi birbaşa maliyyələşdirməyi təklif edir.

Əlbəttə, elələri də var ki, mətnin sadəcə onlayn şəbəkədə yayılmasından pul qazanır. Misal üçün, 1.86 milyard aylıq istifadəçisi olan “Facebook” 2016-cı ilin 3-cü rübündə 2.38 milyard dollar gəlir götürüb. 2015-ci ilin eyni dövründə bu göstərici 896 milyon idi. Ümumiyyətlə, “Facebook” “Google” birlikdə onlayn reklam bazarının üçdə ikisinə nəzarət edir.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG