Bu gün, fevralın 21-i Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) Yasamal rayon şöbəsinin sədri Nisəxanım Vəliyevanın polisə aparıldığı bildirilir.
Bu barədə KXCP mətbuat xidməti məlumat yayıb.
Məlumatda qeyd edilir ki, Nisəxanım Vəliyeva Yasamal rayon Polis İdarəsinin 29-cu polis bölməsinə aparılıb.
Buna da bax: «Hakimiyyət özünü xilas etməyə çalışır»
Məlumatda qeyd edilir ki, N. Vəliyeva 5 saatdan sonra sərbəst buraxılıb. Onun “Facebook”dakı yazılarına görə, sorğu-sual edildiyi bildirilir
Məsələyə, Yasamal rayon Polis İdarəsinin 29-cu polis bölməsindən münasibət almaq mümkün olmayıb.
Buna da bax: Facebook fəalı həbsdə qaldı
Son günlər ondan çox müxalifətçi və ictimai fəalların ailə üzvləri polis idarələrinə aparılıblar. Onlardan 10 yaxını polisə müqavimət ittihamı ilə inzibati qaydada həbs ediliblər.