Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:33

'Həbsdəki REAL-çının səhhəti pisləşib'


REAL üzvü Rahim Şalıyev
REAL üzvü Rahim Şalıyev

"Respublikaçı Alternativ" hərəkatının fəalı, fevralın 20-də həbs olunan Rahim Şalıyevin başının sol hissəsində deformasiya yaranıb. Gənc fəalın durumu o qədər pis olub ki, Sumqayıt Şəhər Polis İdarəsinin (Sumqayıt ŞPİ-nin) müvəqqəti saxlama təcridxanasına təcili tibbi yardım çağrılıb. Bu haqda AzadlıqRadiosuna Rahim Şalıyevin vəkili Yalçın İmanov məlumat verib.

"İşgəncənin nəticəsidir"

O deyir ki, Şalıyevin səhhətində yaranmış ciddi problemlər həbs olunarkən, Sumqayıt Şəhər Polis İdarəsində məruz qaldığı işgəncələrin nəticəsidir.

REAL-çı fəalın işgəncələr haqda vəkilinə danışdıqları mətbuatda yayılandan sonra fevralın 23-də Ombudsman Aparatının əməkdaşları təcridxanada ona baş çəkiblər. Rahim Şalıyev Sumqayıt ŞPİ-də işgəncələrə məruz qaldığını onlara da bildirib.

Buna da bax: 3 dəqiqəyə 30 sutka almış REAL-çıya işgəncə verildiyi bildirilir

Bu gün -fevralın 25-də Rahim Şalıyevlə görüşən vəkil Yalçın İmanov deyir:

"Onun baş nahiyəsində kəskin ağrılar olduğundan, təcili tibbi yardım çağrılıb. Müayinə zamanı məlum olub ki, başının sol hissəsində - döyülmə nəticəsində deformasiya yaranıb. Hətta əllə toxunanda da bu deformasiya açıq-aşkar hiss olunur. Rahim Şalıyev bildirdi ki, təcili tibbi yardımın həkimləri ona effektiv yardım təklif edə bilməyəcəklərini, yalnız ağrıkəsici iynə vura biləcəklərini deyiblər. O, bunun effektiv müalicə olmadığını bildirərək, ağrıkəsici iynədən imtina edib".

Vəkilin sözlərinə görə, hazırda Rahim Şalıyevin başındakı ağrılarla yanaşı, ciddi eşitmə problemi də var. O, təcili şəkildə keyfiyyətli və ixtisaslı həkim müayinəsindən keçməlidir.

Vəkil Yalçın İmanov
Vəkil Yalçın İmanov

Xatırlatma

Rahim Şalıyev fevralın 20-də Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə 30 sutka inzibati həbs cəzası alıb. Qərarda yazılıb ki, Şalıyev küçədə telefonla danışarkən söyüş söyüb, onu intizama dəvət edən polislərə müqavimət göstərib.

Rahim Şalıyev bu suçlamanın yalan olduğunu, polislərin onu gəlib evdən apardığını, "facebook"dakı paylaşımlarına və siyasi baxışlarına görə cəzalandırıldığını bildirir. Gənc fəal vəkilinə Sumqayıt Şəhər Polis İdarəsində işgəncələrə məruz qaldığını, başına zərbələr aldığını söyləyib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG