Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Sentyabr, şənbə, Bakı vaxtı 18:32

Filtrsiz siqaret satışı qadağan edilib


Arxiv fotosu.

İqtisadiyyat Nazirliyi “Azəri” korporasiyasına həmin müəssisənin Şəkidə 2016-cı ilin iyulundan istehsal etdiyi filtrsiz “Pramida” siqaretinin satışını qadağan edib.

Bu barədə Azad İstehlakçılar İctimai Birliyinin rəhbəri Eyyub Hüseynov bildirib.

Buna da bax:​ Türkmən polisi siqaret növbəsində duranları sorğu-sual edir

Filtrsiz siqaret istehsalı faktının araşdırılması “Azad İstehlakçılar” İB-nin Nazirlər Kabinetinə müraciətindən sonra başlayıb.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Xidməti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin cavab məktubunda qeyd edilir ki, Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin qərarı ilə “Azəri” korporasiyasına filtrsiz siqaret istehsalı üçün 16 iyul 2016-cı ildə verilən gigiyena sertifikatı ləğv edilib.

Buna da bax: Nağd topdan siqaret satışına qadağa qoyulduğu deyilir

“Filtrsiz siqaret istehsalının qadağan edilməsi istehlakçıların qələbəsidir. İndi növbə bu siqaretləri satışdan yığışdırmalı olan Antiinhisar Xidməti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinindir”, deyə Eyyub Hüseynov bildirib.

Şərhlər (1)

Bu forum dayandırılıb

Multimedia

XS
SM
MD
LG