Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:37

Nağd topdan siqaret satışına qadağa qoyulduğu deyilir


Pos-terminal

Yanvarın 18-dən başlayaraq tütün məmulatların nağd pulla topdan satışına qadağa qoyulduğu bildirilir.

Bu haqda APA-ya tütün məmulatlarının pərakəndə satışı ilə məşğul olanlar bildiriblər. Onların deməsinə görə, mağazalara tütün məmulatlarının tədarükü dayandırılıb.

Satıcılar deyiblər ki, onlara bundan sonra yalnız bank köçürməsi və yaxud VÖEN-ə bağlı kart hesabından ödəmə etməklə siqaret almaq mümkün olacaq.

Buna da bax:​ Spirtli içkilərin nağd pulla satışına qoyulan qadağa götürülür

Topdan satışla məşğul olanlar siqareti plastik kartla və ya öncədən hesaba köçürmə yolu ilə verə biləcəklər. Pərakəndə ticarətlə məşğul olanların 90 faizinin isə nə kartı, nə də bank hesablarının olduğu bildirilir.

Mağazalara siqaret pulu öncədən ödənildikdən sonra göndəriləcək. Əvvəlcədən ödəniş olmazsa, siqaret də göndərilməyəcək.

Sahibkarların deməsinə görə, bu qaydalar qiymət artımına yol aça bilər.

“Dünəndən bizə siqaret satmırlar. Buna səbəb kimi də kartımız və hesabımızın olmaması göstərilir. Bizə bildirirlər ki, hansı siqaretdən nə qədər lazımdırsa, qabaqcadan pulunu ödəyin, gətirək. Hazırda topdan satış mərkəzlərində siqaretin qiymətində artım yoxdur. Amma pərakəndə satışla məşğul olanlara nağd pulla satış qadağan olunduğundan tütün məmulatlarında qıtlıq müşahidə edilir. Ona görə də bəzi mağazalar siqaretlərin qiymətini cüzi artırıb. Siqaretlərin nağdsız qaydada əvvəlcədən ödəniş edilməklə alınması üçün külli miqdarda pul lazımdır. Belə davam etsə, pərakəndə ticarətlə məşğul olanlar qiymətləri mütləq qaldıracaqlar”, - deyə bir sahibkar bildirib.

Buna da bax:​ Tütünə sponsorluq və reklam qadağası

Xatırlatma

Prezident İlham Əliyevin 2015-ci ilin dekabrında “Aksiz markası ilə markalanmalı olan malların Azərbaycan ərazisində dövriyyəsinin tənzimlənməsi Qaydaları”na dəyişiklik etmişdi.

Həmin fərmanına əsasən 2016-ci il yanvarın 1-dən spirtli içkilərin bütün növləri və tütün məmulatlarının nağd pulla topdan satışı qəti qadağan olunurdu. Ancaq həmin il yanvarın 12-də sahibkarların müraciəti nəzərə alınaraq bu məsələnin icrası təxirə salınmışdı.

Buna da bax:​ Siqaret qaçaqmalçıları ayda nə qədər qazanır?

Həmin qaydanı pozan hüquqi və fiziki şəxslər İnzibati Xətalar Məcəlləsində və Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşımalıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG