- MÜTLƏQ hiperlinklə istinad verilməlidir.- İcazə olmadan fotolarımızı təkrar dərc etməyin.İstifadə şərtləri haqda ətraflı burada
44 günlük İkinci Qarabağ müharibəsində yaralanan Nardaran sakini Hüseyn Xəlilov vəfat edib.
"Tərtər işi" üzrə dindirmələrdə hərbçilərə işgəncə verməkdə, onları döyə-döyə öldürməkdə suçlanan şəxslər dörd ay öncə mükafatlandırılıb.
Dünən, aprelin 22-də Bakıda "Yeni klinika" tibbi müəssisəsinin baş həkimi Pərviz Abbasov və Fövqəladə Hallar Nazirliyinin modul tipli xəstəxanasının rəhbəri İmran Ağayev həbs edilib.
İctimai fəal Qiyas İbrahimovun Türkiyəyə buraxılmadığı deyilir.
Türkanda adlarına saxta ölüm şəhadətnaməsi alınıb torpaqlarının zəbt olunduğunu deyən ahıl qadınlar bu dəfə Xəzər rayon Prokurorluğunun qarşısında etiraz aksiyası keçiriblər.
Prezident İlham Əliyev aprelin 19-da "Ağıllı şəhər" və "Ağıllı kənd" konsepsiyasının hazırlanması ilə əlaqədar işçi qrupun yaradılması barədə sərəncam imzalayıb.
Avropa İnsan Haqları Məhkəməsi həbsdə olan keçmiş deputat Hüseyn Abdullayevlə əlaqədar Azərbaycan hökumətinə sorğu göndərib.
Müstəqillik illərinin rekordu
Terrora dəstək, İŞİD-ə yardım kimi əməllərdə suçlanaraq həbs olunan 11 nəfərin Bakı Ağır Cinayətlər Məhkəməsində bir ilə yaxındır davam edən mühakiməsi yekunlaşmaq üzrədir.
Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ləğv edilib. Onun əsasında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi yaradılıb.
Bakının Türkan qəsəbəsində aprelin 12-dən aclıq aksiyası keçirdiyi bildirilən 80-90 yaşlarında qadınlar deyir ki, vəziyyətləri yaxşı deyil, hər gün bir neçə dəfə onlara tibbi yardım göstərilir. Buna baxmayaraq, aclığı dayandırmaq istəmirlər.
Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsddə suçlanaraq mühakimə olunan on nəfərdən ikisinin – Firudin Zeynalov və Mahir Əzizovun aclıq etdiyi bildirilir.
Aprelin 19-dan 22-nə kimi keçiriləcək Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sessiyasında Belarusda seçki islahatlarının da geniş müzakirə olunacağı gözlənilir.
Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin portretini çəkən rəssam Pərnisə Əsgərovanın (Pəri Miniatür) cinayət məsuliyyətinə cəlb olunması üçün yenə xüsusi ittiham qaydasında iddia qaldırılıb.
Sosial şəbəkələrdə saxta profillərin və ya trolların olması yenidən geniş müzakirələrə səbəb olub.
Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsddə suçlanan Yunis Səfərov və daha 11 nəfərin vəkilləri bu işlə bağlı məhkəmənin gedişindən narazı qalıb.
Azərbaycanda pensiya üçün bir çox tələb var.
Milli Şuranın sədri Cəmil Həsənlinin qızı Günel Həsənli onun şəxsi həyatına müdaxilə ilə bağlı hüquq-mühafizə orqanlarının fəaliyyətindən narazıdır.
2020-ci ilin iyulunda Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) həbs etdiyi bloqer Aslan Qurbanov 7 il azadlıqdan məhrum edilib.
Aprelin 13-də ATƏT-in Minsk qrupunun həmsədrləri bəyanat verərək regiona qayıtmağa hazır olduqlarını bildiriblər.
Davamı