Keçid linkləri

Təcili xəbərlər
2021, 08 Mart, Bazar ertəsi, Bakı vaxtı 14:49

191 yeni yoluxma aşkarlanıb, 3 ölüm


COVID-19

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 191 yeni yoluxma faktı qeydə alınıb, virusa yoluxanlardan 226 nəfər sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan fevralın 12-də verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 3 nəfər də vəfat edib: "İndiyədək ölkədə ümumilikdə 231840 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 226345 nəfər sağalıb, 3173 nəfər vəfat edib, aktiv xəstə sayı 2 322 nəfərdir".

Qurumdan açıqlamaya görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 7260, ötən müddət ərzində isə ümumilikdə 2485483 test aparılıb.

Rəsmi qurumların məlumatına görə, Azərbaycanda evdə də müalicə alan koronavirus xəstələri var.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 2.3 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

Recommended

XS
SM
MD
LG