Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 17:46

“Tour d'Azerbaidjan-2016” başa çatıb 


arxiv foto

-
Beş mərhələdən ibarət “Tour d'Azerbaidjan-2016” beynəlxalq velosiped turu mayın 8-də başa çatıb.

V-sonuncu mərhələdə iştirakçılar Bakı-Abşeron-Bakı marşrutu üzrə158 kilometr məsafə qət ediblər.

Bu mərhələnin qalibi Almaniyanın "Bora-Argon 18" peşəkar kontinental komandasının üzvü Mixael Shvarcmann olub.

Yarışın ilk mərhələsinin qalibi də almaniyalı idmançı olmuşdu.

II və III mərhələlərinin qalibləri isə Azərbaycanın Elit yığmasının üzvləri Maksim Averinlə Matey Muqerli olmuşdu.

IV mərhələnin qalibi isə “Nasr-Dubai” klubunun üzvi Luka Vakermann idi.

Mayın 4-də Bakının Bayraq meydanından start götürən turda 19 ölkədən 21 komanda iştirak edib.

Multimedia

XS
SM
MD
LG