Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 18:44

Komissiya: “E.İbrahimov sərhədi keçərkən… yaralanıb”


Azərbaycan İran sərhəddi, 10 mart 2019

Bu gün, martın 16-da Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası da Azərbaycanın Ermənistanla sərhəddini pozan Elvin İbrahimov haqqında məlumat yayıb.

Komissiya bildirir ki, onlara daxil olmuş məlumata görə, Azərbaycan vətəndaşı Elvin İbrahimov martın 15-dən 16-na keçən gecə Qazax rayonunun Ermənistanın Noyanberyan rayonu ilə sərhəd xəttində yolu azaraq qarşı tərəfə keçib.
“E.İbrahimov sərhədi keçərkən Ermənistan hərbçiləri tərəfindən açılmış atəş nəticəsində yaralanıb. Aidiyyəti beynəlxalq təşkilatlar E.İbrahimovun yaralanması və Ermənistan hərbçiləri tərəfindən saxlanması faktını təsdiq edərək həyatı üçün təhlükənin olmadığını bildiriblər.Aparılmış ilkin araşdırma zamanı məlum olmuşdur ki, E.İbrahimov Qazax rayonlararası ruhi xəstəxanasında qeydiyyatdadır. Dövlət Komissiyası E.İbrahimovun azad edilməsi ilə bağlı aidiyyəti beynəlxalq təşkilatlara müraciət edib”,açıqlamada yazılıb

Komissiya bildirir ki, məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

--

Dövlət Sərhəd Xidməti (DSX) Ermənistanla sərhəddi pozan Azərbaycan vətəndaşı haqqında məlumat yayıb.

DSX qeyd edir ki, Ermənistanın bəzi kütləvi informasiya vasitələrində Azərbaycan vətəndaşının sərhəd pozucusu qismində saxla­nılması barədə məlumat yayılıb

“Bu məlumatla əlaqədar Dövlət Sərhəd Xidməti bildirir ki, mart ayının 15-dən 16-a keçən gecə Azərbaycan ərazisindən müqabil istiqamətdə 1 nəfər naməlum şəxsin dövlət sərhədini pozması qeydə alın­ıb. Həmin şəxsin Qazax rayonunun Yu­xarı Salahlı kənd sakini, 1986-cı il təvəllüdlü Elvin Arif oğlu İbrahimov olması müəyyən olun­ub”

Açıqlamaya görə, araşdırma zamanı həmin şəxsin ruhi əsəb xəstəliyi ilə əlaqədar 2-ci qrup əlil olduğu üzə çıxıb.

Hal-hazırda araşdırma işləri davam edir.

DSX-nin bu açıqlamasına, hələlik, Elvin İbrahimovun yaxınlarından münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan və Ermənistan arasında gərgin münasibətlər var. Bu münaqişə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, və ona bitişik 7 rayon işğal edilib. Atəşkəs razılaşmasından sonra da cəbhədə tez-tez atəş səsləri eşidilməkdədir. Tərəflər, bir qayda olaraq, buna görə bir-birlərini ittiham edirlər.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Multimedia

XS
SM
MD
LG