Keçid linkləri

Təcili xəbərlər
2020, 20 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:21

Qarabağ döyşlərində həlak olanların ailə üzvləri Prezident Administrasiyasında olublar (Video)


Prezident administrasiyası qarşısında aksiya, Bakı,2018-ci il.

Qarabağ döyşlərində həlak olanların ailə üzvləri dekabrın 28-də yenidən “Şəhidlər xiyabanına toplaşıblar.

Onlar polislərin nəzarətilə xiyabanı ziyarət etdikdən sonra Prezident Administrasiyasının qarşısına gediblər və aksiyaçıların nümayəndələri orda qəbulda olublar.

Həlak olan əsgərlərin ailə üzvləri Prezident Administrasiyasında olublar
Gözlə

No media source currently available

0:00 0:02:41 0:00

Aksiyaçıların sözlərinə görə onların nümayəndəlrini prezident aparatının Çeyhun adlı məsul işçisi qəbul edib və deyib ki, probleminizi məhkəməylə həll edin, narahat olmayın udacaqsız.

Qeyd edək ki, Qarabağ müharibəsində həlak olan və ya itkin düşənləri ailə üzvləri, bu cür ailələrə verilməli olan11 min manatlıq birdəfəlik müavinətin ödənilməsi tələbi ilə dəfələrlə Prezident Administrasiyası və müvafiq qurumların qarşısında etiraz aksiyası keçiriblər.

Aksiyaçıların sözlərinə görə onlara bildirirlər ki, nə vaxtsa müvafiq qurumlardan sığorta şəklində belə bir yardım alıblar.

Əmək və əhalinin sosil müdafiəsi nazirliyi isə bildirir ki,birdəfəlik müavinət almaq üçün bütün sənədlər qaydasında olmalıdır, amma bəzi şikayətlər hazırda araşdırılmaqdadır.

Hərbçi ailələri artıq 2 aydır ki, bu tələblə etiraz aksiyaları keçirirlər.

Prezident İlham Əliyev bu il aprelin 19-da 1997-ci il avqustun 2-dək Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olan və ya itkin düşən hərbi qulluqçuların vərəsələrinə birdəfəlik 11 min manat ödənilməsi barədə fərman imzalayıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə oktyabrın 9-dan sənədlərin qəbuluna başlayıb və yüzlərlə şəxs artıq bu ödənişi alıb.

Multimedia

XS
SM
MD
LG