Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 10:23

Ekspert: ‘İlin sonuna dollar 1.90-1.95 manat olacaq’


Bakıda valyuta mübadilə kursları. 31yan2017
Bakıda valyuta mübadilə kursları. 31yan2017

Ölkə iqtisadi durum, manatın yaxın, uzaq taleyi, qiymətlər qalxsa da minimum əməkhaqqının dəyişməməsi bu gün aprelin 22-si (2017) medianın aparıcı mövzusudur...

Ərzaq bahalaşır, maaşlar yox

Exo” qəzetində “Azərbaycanda maaşlar: bacarırsan, yaşa” sərlövhəli məqalə oxumaq olar. Yazıda ekspert Nəriman Ağayevin düşüncələrinə yer verilib.

Buna da bax:​ Şirkətlər qiymətləri saldıqlarını deyir, amma...

Bakıda ərzaq dükanı
Bakıda ərzaq dükanı

N. Ağayev qəzetə deyib ki, 2016-cı ilin ortalarından indiyə kimi ərzaq mallarının qiymətləri reallıqda ən azı 25 faiz bahalaşıb:

“Buna baxmayaraq hökumətin müəyyən etdiyi istehlak minimumu bir elə dəyişməyib. Bizim mərkəz tədqiqat apararaq iki xəstəsi olan ailədəki durumu daimi müşahidə etdi. Aydın oldu ki, sadəcə mövcud olmaq üçün ailədə hər nəfərə ayda 380 manat pul lazımdır. Belə olan halda 155 manatlıq minimum ilə dolanmaqdan söhbət belə gedə bilməz”.

Ekspert xatırladıb ki, ölkədə kommunal xidmətlərə görə, qiymətlər qaldırılıb. Bu da yaşayış minimumuna mənfi təsir göstərir.

Buna da bax: Hökumət yenə süni qiymət artıranlardan danışır [video]

N. Ağayev hesab edir ki, minimum əməkhaqqı yetərli deyil:

“Onlar öz hesablamalarında alternativləri qəbul etmirlər. Bu gün isə birmənalı olaraq aydındır ki, çoxları qidaya qənaət edərək doyunca yemir, bu isə sağlamlığa təsir edir, müalicəyə isə pul yoxdur. İndiki istehlak minimumu ilə vətəndaş aclıq çəkməyə məcburdur”.

Azərbaycan hökuməti 2017-ci ildə yaşayış minimumunu 155 manat məbləğində müəyyən edib. Bu təxminən 500 manat hesab edilən orta aylıq maaşla müqayisədə 3-3,5 dəfə azdır.

2016-cı il ilə müqayisədə yaşayış minimumu artıb. Əvvəl isə bu məbləğ cəmi 136 manat idi.

Buna da bax:​ İqtisadçı: 'Manat sabit qalır, ərzaq bahalaşır'

Manatı nə gözləyir?

Bakıda exchange
Bakıda exchange

Bizim Yol” qəzetində “Dollarla bağlı proqnoz - 1.95 olacaq” sərlövhəli məqalə diqqət çəkir.

Bu yazıda da iqtisadçı ekspert Natiq Cəfərli manatın yaxın, uzaq taleyi ilə bağlı düşüncələrini bölüşür .

Ekspert deyib ki, yaxın 2-3 ayda dolların məzənnəsində ciddi enmə və ya bahalaşma gözləmir:

“Azərbaycanda keçiriləcək beynəlxalq idman yarışları ərəfəsində ölkəmizdə dolların 1.65-1.70 civarında qalması ehtimalı yüksəkdir.

Çünki hökumətin də özünün qırmızı xətti var. Əslində çox baha manat hökumətə sərf eləmir. Çünki büdcə öhdəliklərinin yerinə yetirilməsində problemlər yaşana bilər. Ona görə də 1.70 sanki qırmızı cizgidir. Odur ki, son 4 hərracdır ki, məzənnə əsasən dəyişmir. Yəni məzənnədə çox cüzi dəyişikliklər olur ki, buna da dəyişiklik deyilməz. Ona görə də rəsmi məzənnədə ciddi dəyişikliyin olacağını gözləmirəm”.

Buna da bax:​ 'Biri çörəyə pul tapmır, o biri yağ içində yaşayır'

Natiq Cəfərli
Natiq Cəfərli

Ekspert deyib ki, Mərkəzi Bank valyuta alqı-satqısında 4 faizlik marjanı ləğv etməklə bankların qazanmasına imkan yaradıb.

N.Cəfərli hesab edir ki, valyuta alqı-satqısındakı indiki məzənnə, hələ 2-3 ay davam edə bilər:

“İslam Oyunlarından sonra “Formula-1” yarışları da olacaq. Bütün bu idman yarışları bitənə kimi, hələlik, dolların indiki səviyyələrdə, yəni 1.65 və 1.70 civarında qalması ehtimalı yüksəkdir. Dünya Bankı da Azərbaycanla bağlı hesabat açıqlayıb. Hesabatda əsas problemin manat kütləsi və dövriyyəsinin azalması göstərilib. Bu da məzənnənin sabitləşməsinə təsir edir. Amma ümumi iqtisadi aktivliyə çox mənfi təsir göstərir. Hətta beynəlxalq ekspertlər də bizim aylardır, dediklərimizi dolayı olsa da təsdiqlədilər. Ona görə də, çox ciddi dəyişikliyin və ucuzlaşmanın olmasını gözləmirəm”.

Buna da bax:​ Gömrükçülər daha çox maaş əlavəsi alacaq

Ekspert dolların məzənnəsinin 1.50 və ya ondan da aşağı düşə bilməsi haqda proqnozları əsaslı saymır. O, idman yarışlarından sonra dolların qiymətinin dərhal qalxacağı qənaətində də deyil:

“Yarışlardan sonra dərhal dolların qiymətinin qalxmasını görməyə bilərik, əsas proseslər payızda olacaq. İlin sonuna kimi dollar 1.90-1.95 manat həddində olacaq”.

Böhrana ən az məruz qalan ölkə

Azərbaycan” qəzetində “Azərbaycan inkişafda olan ölkələr arasında ilk yerdədir” sərlövhəli məqalədə dərc edilib.

Buna da bax: Dollar hərracda yenə cüzi ucuzlaşdı

Müəllif yazır ki, Azərbaycan qlobal böhran şəraitində bir çox ölkələrə əlçatmaz görünən iqtisadi inkişafa nail olub:

Heydər Əliyev və İlham Əliyev. İllüstrasiya.
Heydər Əliyev və İlham Əliyev. İllüstrasiya.

“Cari ilin birinci rübünün iqtisadi qiymətləndirməsi deməyə əsas verir ki, hökumətin maliyyə sabitliyinin təmini yönündə həyata keçirdiyi tədbirlər praktik baxımdan özünü doğruldub. Azərbaycan iqtisadi böhranın təsirinə ən az məruz qalan dövlətlərdən olub”.

Yazıda vurğulanır ki, iqtisadiyyatın qeyri-neft sektoru 2,4 faiz, qeyri-neft sənayesi 2 faiz, kənd təsərrüfatı isə 3,5 faiz artıb.

Buna da bax:​ Prezident: '2017 çox uğurlu il olacaq'

Müəllif hesab edir ki, ölkənin neft amilindən asılılığı əhəmiyyətli dərəcədə azalıb. Cari ilin üç ayında ticarət dövriyyəsinin 15 faiz, ixracın 50 faiz artması aparılan uğurlu iqtisadi islahatların nəticəsidir:

“Qeyri-neft sektorunun davamlı inkişafı, sahibkarlığa göstərilən diqqət beynəlxalq miqyasda təqdir olunur. Bu yaxınlarda Azərbaycan ABŞ-ın www.usnews.com portalının və Pensilvaniya Universitetinin birgə təşkilatçılığı ilə keçirilən sorğunun nəticələrinə görə, dünyanın ən yaxşı ölkələrinin reytinqində yer alıb. Dünyanın 36 ölkəsində 20 min nəfər arasında aparılan sorğunun nəticələrinə görə, Azərbaycan ən yaxşı 80 ölkə arasında 69-cu yerdə qərarlaşıb”.

Müəllifin gəldiyi nəticəyə görə, hazırda əsas məsələ ixracın artması və şaxələndirilməsidir .Belə olan halda, ölkənin dayanıqlı inkişafını təmin etmək mümkündür.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG