Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Avqust, çərşənbə, Bakı vaxtı 04:55

Prezident: '2017 çox uğurlu il olacaq'


İ.Əliyev

«Bu ilin göstəriciləri çox sevindiricidir. Bu, bir daha göstərir ki, 2016-cı ildə qəbul etdiyimiz qərarlar və başladığımız islahatlar qısa müddət ərzində öz gözəl nəticələrini verib».

Bunu bu gün, aprelin 17-si Yevlax rayonunda keçirilən qeyri-neft ixracatçılarının müşavirəsində prezident İlham Əliyev deyib.

AZƏRTAC-ın xəbərinə görə, dövlət başçısı qeyd edib ki, bu ilin üç ayında iqtisadiyyatın qeyri-neft sektoru 2.4 faiz artıb: «Bu, çox yaxşı göstəricidir, qeyri-neft sənayemiz 2 faiz, kənd təsərrüfatı 3.5 faiz artıb. Üç ay ərzində 80 mindən çox yeni iş yeri yaradılıb. Ticarət dövriyyəmiz 15 faiz, ixrac 50 faizə yaxın artıb, idxal 17 faiz azalıb».

Dövlət başçısı vurğulayıb ki, xarici ticarət dövriyyəsində 1 milyard dollar müsbət saldo yaranıb: «Biz üç ayda 1 milyard dollar vəsait qazanmışıq. Bizim valyuta ehtiyatlarımız artır. Bu müsbət dinamika deməyə əsas verir ki, biz il ərzində daha da böyük nəticələrə gəlib çatacağıq».

İ.Əliyev qeyd edib ki, 2017-ci il çox uğurlu il olacaq.

Azərbaycan xaricə neftdən başqa nə sata bilər?
Gözlə

No media source currently available

0:00 0:00:56 0:00

«SAHİBKARLAR YAXŞI BİLİRLƏR Kİ...»

Prezident daha sonra ölkədə sahibkarlığa qayğıdan danışıb: «Sahibkarlarla mənim müntəzəm olaraq ildə bir neçə dəfə görüşlərim keçirilir. Son 13-14 il ərzində yüzlərlə sahibkarla görüş keçirilib. Mən sahibkarlıq fəaliyyəti sahəsində bir çox müəssisələrin açılışında şəxsən iştirak etmişəm. Sahibkarlar yaxşı bilirlər ki, onların fəaliyyətinə dövlət tərəfindən çox böyük dəstək, həmçinin siyasi dəstək verilir».

İ.Əliyev qeyd edib ki, son illər ərzində Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə sahibkarlara 2 milyard manatdan çox güzəştli şərtlərlə kreditlər verilib: «Biz bu gün inamla deyə bilərik ki, Azərbaycan öz iqtisadi potensialını şaxələndirə bilib. Hazırda qeyri-neft sektorumuz iqtisadiyyatımızın təxminən 65 faizini təmin edir».

«QARŞIDA DURAN VƏZİFƏLƏRDƏN BİRİ DƏ ODUR Kİ...»

Bununla belə, prezident etiraf edib ki, ixracın böyük hissəsi yenə neftin payına düşür: «İxracımızın böyük hissəsi hələ ki, neft və qazla bağlıdır. Bu da yəqin ki, indiki dövr üçün təbiidir. Çünki biz neft-qaz potensialımızı artırırıq. Ancaq qarşıda duran vəzifələrdən biri də odur ki, biz ixracda da şaxələndirməyə nail olaq. Necə ki, buna ümumi daxili məhsulda nail olmuşuq, ixracda da buna nail olmalıyıq».

Prezident regional inkişaf proqramlarının icrasından da danışıb. O qeyd edib ki, hakimiyyətdə olduğu dövrdə 1 milyon 700 min yeni iş yeri açılıb. Onların 1 milyon 300 mini daimi iş yerləridir.

Bakıda fəhlə bazarında prezidentin dediyi yeni açılan iş yerlərindən xəbərsizdirlər
Gözlə

No media source currently available

0:00 0:03:06 0:00

«Növbəti 3-4 il ərzində biz çalışmalıyıq ki...»

«Azərbaycanda qazlaşdırma 92 faizə çatıb».

Bunu bu gün, aprelin 17-si Yevlax rayonunda keçirilən qeyri-neft ixracatçılarının müşavirəsində prezident İlham Əliyev deyib: «Prezident kimi bölgələrə ilk səfərlərimdə vətəndaşların qaldırdıqları məsələlərdən biri də qazlaşdırma ilə bağlı idi. O vaxt nəinki kəndlərdə, hətta rayon mərkəzlərində təbii qaz yox idi. Bakı şəhəri 100 faiz təbii qazla təmin edilmirdi. Biz bu məsələni də demək olar ki, həll etdik. Qazlaşdırmanı 92 faizə çatdırmaq hər bir ölkə üçün böyük nailiyyətdir».

Prezident sosial infrastrukturun yaradılmasından da danışıb. O qeyd edib ki, 3 mindən çox məktəb, 600-dən çox xəstəxana tikilib, yaxud təmir edilib.

Prezident deyib ki, «Made in Azerbaijan» brendini dünyada tanıtdırmaq məqsədilə praktiki addımlar atılır: «Artıq bu brend bu gün dünyada şöhrət qazanır. Əlbəttə ki, dövlət tərəfindən təşkil edilmiş sərgilər və o sərgilərdə sahibkarların iştirakı gözəl nəticələrə gətirib çıxarır. Mənə verilən məlumata görə, bir neçə sərgidə artıq kontraktlar da imzalanıb. Əgər biz bu sərgilərdə iştirak etməsəydik, kontraktlar da imzalanmazdı».

Prezident vurğulayıb ki, qeyri-neft ixracını artırmaqdan ötrü, ilk növbədə, daxili tələbat yerli məhsullarla təmin edilməlidir: «Növbəti 3-4 il ərzində biz çalışmalıyıq ki, əsas istehlak mallarımızla özümüzü tam şəkildə təmin edək. Beləliklə, ixrac üçün əlavə imkanlar yaranacaq».

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG