Keçid linkləri

2017, 01 May, Bazar ertəsi, Bakı vaxtı 04:46

Bu il fevralın 1-dən hesablanmaqla, gömrük sisteminin büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 60 faizi bu qurumun rütbəli əməkdaşlarının və mülki işçilərinin maaşlarına əlavənin verilməsində istifadə ediləcək.

Nazirlər Kabineti (NK) bununla əlaqədar olaraq, “Gömrük sisteminin büdcədənkənar inkişaf fondu haqqında Əsasnamə və fondun vəsaitinin xərclənməsi Qaydaları"na dəyişiklik edib.

Buna da bax:​ Gömrükdə yığım problemi yoxdur

Bu haqda NK-nın internet səhifəsi xəbər verir.

Dövlət Gömrük Komitəsinin xüsusi rütbəli əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin indiyə qədər 50 faizi əlavə edilirdi.

Xatırlatma

Prezident İlham Əliyev bu il yanvarın 24-də “Dövlət Gömrük Komitəsi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, gömrük işi sahəsində prosedurların sadələşdirilməsi və şəffaflığın artırılması ilə əlaqədar bəzi tədbirlər haqqında” 2011-ci ildə verdiyi fərmana dəyişiklik etmişdi.

Buna da bax: İdxal azalıb, ixrac artıb – Gömrük Komitəsi

Nazirlər Kabinetinin haqqında danışılan qərarı da bununla bağlıdır.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG