Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:31

İdxal azalıb, ixrac artıb – Gömrük Komitəsi


Generic – Export of Ukraine. Freight container on a white surface with inscription "EXPORT" and images of the Ukraine flag on the closed doors. 3D Illustration.
Generic – Export of Ukraine. Freight container on a white surface with inscription "EXPORT" and images of the Ukraine flag on the closed doors. 3D Illustration.

Bu ilin yanvar-fevral aylarında Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 2 milyard 625 milyon 946.68 min ABŞ dollar olub.

Dövlət Gömrük Komitəsinin açıqladığı statistikaya görə, bu, ötən ilin eyni dövrünə nisbətən 20.1 faiz çoxdur.

Bu ilin iki ayı ərzində idxal əməliyyatlarının həcmi 971 milyon 970.54 min dollar təşkil edib. Bu da 2016-cı ilin analoji dövrü ilə müqayisədə 0.44 faiz azdır. Dövr ərzində ölkənin ixrac əməliyyatları 1 milyard 653 milyon 976.14 min dollar olub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 36.64 faiz çoxdur.

Nəticədə 682 milyon 5.60 min dollar məbləğində müsbət saldo yaranıb. Ancaq yanvarla müqayisədə fevralda müsbət saldo azalıb. Xarici ticarətdə müsbət saldo manatın məzənnəsini qorumaqdan ötrü vacib göstəricidir. Yəni, bu o anlama gəlir ki, ölkəyə daxil olan valyuta çıxandan çoxdur.

İXRACDA YENƏ ƏSAS NEFTDİR

İxracda yenə əsas yeri xam neft tutur – 83.8 faiz. Bundan başqa, Azərbaycandan kənara satılan mallar arasında neft məhsulları 2.80, təbii qaz 2.38, meyvə-tərəvəz 2.34 faiz yer tutub.

Buna da bax-Təhlilçilər FED-in faiz artımının konkret təsirindən danışır [video]

Azərbaycanın aldığı məhsullarda - idxalda isə əsas yeri maşınlar, elektrik aparatları və avadanlıqları tutur - 21.50 faiz.

Yeyinti məhsulları idxalda 18.41, qara metallar və onlardan hazırlanan məmulatlar 10.46 faiz təşkil edib.

NEFT MƏHSULLARI İXRACI AZALIB

İndi isə ixracın ölkəyə gətirdiyi, idxalın isə apardığı valyutanın artıb – azalma tempinə baxaq.

Xam neft 47.52, təbii qaz 16.34, elektrik enerjisi 6 dəfə, meyvə tərəvəz 34.78, spirtli, spirtsiz içkilər 46.7 faiz artıb.

Neft məhsulları 26.46, çay 6.49, bitki, heyvan mənşəli piylər və yağlar 6.87 faiz azalıb. Bundan başqa, şəkər 57.5, pambıq iplik 6.98, qara metal, ondan hazırlanan məmulatlarında 37.14 faiz azalma olduğu bildirilir.

İDXAL

İdxalda əsas mallarda artım belə olub. Ət 67.80, süd 102.68, kərə yağı, süddən hazırlanmış digər yağlar 36.70, çay 25.53, şəkər isə 185.79 faiz artıb. Buğda idxalı 51.64 faiz artıb. Tütün və tütün məmulatlarının idxalına isə xərclənən valyuta 9.71 faiz artıb.

Meyvə-tərəvəz 9.21, bitki, heyvan mənşəli piylər və yağlar 46.1, sement 57.25 faiz azalıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG