Neft yatağından qaz da çıxacaq – ekspert: 'Böyük təsiri olmayacaq'
30 ildir neft çıxarılan "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan iyunun 1-dən qaz hasilatına da başlanılacaq. İqtisadçı-ekspert Zöhrab İsmayıl düşünür ki, yeni qaz hasilatı ümumi istehsala elə də ciddi təsir göstərməyəcək: ""Azəri-Çıraq-Günəşli" yataqlarının mövcud infrastrukturu bu həcmdə qazı qəbul etmək imkanına malik deyil. Bunun üçün əlavə investisiya qoyulmalı, kompressor stansiyaları tikilməli və yeni boru kəmərləri çəkilməlidir. Digər tərəfdən, yatağın qaz ehtiyatı da o qədər çox deyil – cəmi 113 milyard kubmetr təşkil edir. Bu isə Azərbaycanın cəmi iki illik ümumi qaz hasilatına bərabər bir həcmdir".
Arxiv
-
Noyabr 27, 2026'500 manat verirəm ki, uşağımı döyəsiz?' — Özəl bağçadan şikayət
-
Noyabr 25, 2026Azərbaycanda qohumbazlığın kökünü kəsmək mümkündürmü?