Keçid linkləri

Təcili xəbərlər
2018, 13 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:53

Neftçi dənizə düşərək ölüb


İllüstrasiya

Bu gün, noyabrın 4-ü “28 May” Neft Qaz Çıxarma İdarəsinin ((NQÇİ) 14 nömrəli dərin dəniz özülündə qazmaçı köməkçisi dənizə düşüb.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) məlumat yayıb:

Məlumatda bildirilir ki,“28 May” NQÇİ-nin 14 nömrəli dərin dəniz özülündə qazmaçı köməkçisi işləyən 59 yaşlı RasimƏliyev 262 saylı quyuda işləyən zaman dənizə düşüb”.

SOCAR bildirir ki, mərhum neftçinin cənazəsi dənizdən çıxarılıb.

Xatırlatma

Son dönəmlər bu Azərbaycanda neftçilərin üzləşdiyi yeganə qəza deyil.

Elə 2 gün bundan öncə, noyabrın 2-si «Qaradağ» sahəsində qazma prosesi zamanı qəzada iki neftçi xəsarət almışdı. Onlardan birinin vəziyyəti ağır olduğundan 1 saylı Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib.

2016-cı il dekbarın 15-də dəNəriman Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsində güclü külək nəticəsində10neftçi dənizə düşmüşdü. Onlardan həmin gün birinin, sona isə 9-nun meyidi sudan çıxarılıb.

2015-ci il dekabrın 4-dən 5-nə keçən gecə isə “Günəşli” yatağındak10 saylı platformada yanğın baş vermişdi.Onda 63 fəhlədənyalnız 32-nin həyatını xilas etmək mümkün olmuşdu. Qalan 31 nəfərdən bəzilərinin meyidi, hələ də tapılmayıb.

Buna da bax: Xəzərdəki qəzalarda ölən neftçilər (Video)

Son 5 ildə Xəzərin udduğu neftçilər, bütün qəzalar
Gözlə

No media source currently available

0:00 0:00:51 0:00

Günün bütün mövzuları

XS
SM
MD
LG