Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:24

Khamenei heç vaxt tənqid olunmağı sevməyib...


İran. Ali Khamenei Rouhani-nin kabineti ilə görüşür. 28 avqust, 2017
İran. Ali Khamenei Rouhani-nin kabineti ilə görüşür. 28 avqust, 2017

İranın ali dini lideri Ayatollah Ali Khamenei tənqidi yaxşı şey sayır.

O bunu prezident Hassan Rouhani-nin andiçmə mərasimində və yeni kabinet təqdim olunanda da deyib.

Khamenei Rouhani-dən tənqidçilərə daha dözümlü olmağı xahiş edib.

Buna da bax:​ Khamenei Səudiyyə liderlərinə 'səfeh' dedi

“QƏBUL OLUNAN” TƏNQİD

Sual odur ki, islam inqilabını tənqid etmək olarmı? Bu halda tənqidçilərin ifadə azadlığı varmı və onlar təzyiq və təqiblərdən qorunurlarmı?

Khamenei özü də daxil olmaqla hökumətin bütün orqanlarına tənqidi alqışlayır, yoxsa yalnız seçilmiş hökumət tənqid oluna bilər? Bilavasitə ali dini liderin nəzarətində olan seçilməmiş orqanlar, məsələn, Məhkəmə sistemi və İslam İnqilab Keşikçiləri Korpusu necə?

Khamenei üçün "qəbul olunan" tənqidin şərtləri var. Tənqid destruktiv olmamalı, "daimi günah tapmaq istəyindən" qaynaqlanmamalıdır.

Tənqid sadəcə zəif yerlərə və açıq yaralara fokuslanmamalıdır. O, həm də “müsbət tərəfləri" görməlidir. Tənqidin hədəfi "islahat" olmalıdır.

Buna da bax:​ 'Ayatollah Putin' və Çeçenistan müftisinə brilyant hədiyyə

Son olaraq, tənqid inqilab prinsipləri çərçivəsində olmalı, konstitusiya və İslam Respublikasının banisi Imam Rouhollah Khomeini-nin irsini nəzərə almalıdır.

TƏNQİDƏ GÖRƏ HƏBS CƏZASI

Tənqid sosial əmin-amanlığa təhlükə yaratmamalı, rejimin əsaslarına qarşı olmamalıdır.

Bəs tənqidçi bu şərtlərdən hər hansı birini pozarsa, nə baş verər? Rejimin prinsiplərini tənqidə görə bir il həbs cəzası nəzərdə tutulub. Ali dini liderin özünü tənqid etməksə altı ay həbs cəzası deməkdir.

Əslində, İran İslam Respublikasının tarixən dissidentlərə münasibətinə nəzər salsaq, istənilən şəxsin ali dini lider və dini hakimiyyətlə bağlı istənilən bir şeydən şikayət etdiyinə görə cəzalandırıldığını görərik.

Buna da bax:​ Ayatollah Khamenei: 'Təhsilin əsasını Quran təşkil etməlidir'

Qeyd edək ki, Ayatollah Khamenei heç vaxt tənqid olunmağı sevməyib. Doqquz il öncə, universitet tələbələri ilə görüşü zamanı ona nə üçün ali dini liderin heç zaman açıq tənqid olunmadığı haqda sual verilmişdi.

“İNQİLAB HEÇ VAXT BİTMƏYİB”

Khamenei isə cavab vermişdi ki, ali dini lider bir barmağı ilə bütün ölkəni səfərbər edə bilər. O, belə bir ritorik sual da vermişdi: “Sizcə, ali dini lideri tənqid etmək yaxşı fikirdir? Sadəcə, kimsə qabağa çıxıb istədiyi şeyi deyə bilər? Bu pisdir, bu bizim adət-ənənəmizə uyğun deyil”.

Khamenei hesab edir ki, inqilab heç vaxt bitməyib. O özüylə, cüzi də olsa, fikir ayrılığını xəyanət hesab edir.

2017-ci il avqustun 28-də ali dini lider tələbələrə müraciət edərkən belə deyib:

“İnqilab davam edir. Kimsə inqilabın olub-bitmiş bir hadisə olduğunu, bizim artıq normal həyata qayıtmalı olduğumuzu desə, bu, xəyanətdir. İnqilab heç vaxt bitməyəcək".

Buna da bax:​ Khamenei: iranlılar arasında İsveçin yaxşı reputasiyası var

O, həmçinin Rouhani-nin mədəni siyasətinə qarşı çıxır. O hətta Tehranda illik kitab sərgisini boykot edib və bu unikal mədəni tədbiri ziyarət etmir. Khamenei-yə görə incəsənət və ədəbiyyatda yeni trendlər "mədəni pintilikdir".

2014-cü ilin martında o, azadlığı da “pintilik” adlandırmışdı. O bunu azadlığın inqilabın "qırmızı xəttini" və onun "inanclar sistemini" keçməsi ilə izah edirdi.

PİNTİLİK

2016-ci il avqustun 25-də Khamenei Rouhani-nin kabinetinə demişdi ki, azad düşüncə pintilikdən başqa bir şey deyil. “Bu, düşmənin azad düşüncə və azad fəaliyyət qapılarından daxil olaraq bizə zərbə endirməsinə imkan verməkdən başqa bir şey deyil”, – o söyləmişdi.

Buna da bax:​ İranla gərginlik Türkiyəyə baha başa gələ bilər

Tənqidçilər Mühaffizlər Şurasının azad namizədləri qeydiyyatdan keçirməməklə seçkilərə mane olduğunu deyəndə Khamenei Şuranı tənqidlərdən müdafiə etmək üçün xüsusi canfəşanlıq göstərib.

2015-ci ilin fevralında o bəyan edib ki, Mühaffizlər Şurasının zəiflədilməsi "Amerikanın planıdır". Daha sonra o, Şuranın qeyri-məhdud səlahiyyətlərini sorğulayanları düşmən dəyirmanına su tökməkdə ittiham edib.

Bir sözlə, Khamenei-yə görə, yalnız seçilmiş dövlət adamlarına və qurumlarına qarşı tənqid yaxşıdır. Xüsusən də bu şəxslər və qurumlar ali dini liderlə tam razılaşmırlarsa. Onun özünün nəzarətində olan seçilməmiş qurumları tənqid etməksə pis və destruktiv hərəkətdir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG