Keçid linkləri

Təcili xəbərlər
2018, 24 İyun, bazar, Bakı vaxtı 03:24

Khamenei: iranlılar arasında İsveçin yaxşı reputasiyası var


Ayatollah Ali Khamenei, 7 fevral 2017

İsveç iranlılar arasında yaxşı reputasiyaya sahibdir və Tehranın etibarlı iqtisadi tərəfdaşı kimi görünür.

Bunu İranın ali dini lideri Ayatollah Ali Khamenei İsveçin baş naziri Stefan Lofven-lə fevralın 11-də Tehranda görüşü zamanı deyib.

Ayatollah Ali Khamenei deyib ki, ABŞ və Qərb dövlətləri Yaxın Şərqə şübhəli yanaşırlar. Ancaq o əlavə edib ki, neytral İsveçlə İran arasında pozitiv münasibətlərin uzun tarixi var və bu, əməkdaşlığı gəlişdirmək üçün nikbinlik yaradır.

Lotfen-in səfəri ərəfəsində hər iki ölkə elm, texnologiya, ali təhsil və tədqiqatlar, yollar və telekommunikasiya sahəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı ilkin razılığa gəliblər.

Lofven həmçinin İran prezidenti Tehranda Hassan Rohani ilə də görüşüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG