Keçid linkləri

2017, 21 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 00:53

Ayatollah Khamenei: 'Təhsilin əsasını Quran təşkil etməlidir'


Hassan Rohani mətbuat konfransında. Tehran, 10 Aprel, 2017

İranın Ali dini lideri Ayatollah Ali Khamenei ölkə prezidenti Hassan Rouhani-ni "Qərbin təsirinə məruz qalmış" təhsil planına görə tənqid edib.

Reuters” xəbər verir ki, bazar günü İranın ali dini lideri Ali Khamenei prezident Hassan Rouhani hökumətini "Qərbin təsiri ilə hazırlanmış" BMT təhsil planına görə tənqid edib. Ali liderin mühafizəkar müttəfiqləri də bu planın islam prinsiplərinə zidd olduğunu bildiriblər.

Ayatollah Ali Khamenei-nin bu tənqidi səsləndirməsi 19 may prezident seçkisi ərəfəsinə düşür. Hazırkı prezident Hassan Rouhani yenidən seçilməyə ümid edir.

Buna da bax:​ Rohani dövlət televiziyasında senzurayla üzləşib

“QƏRBİN TƏSİRİNƏ İCAZƏ VERİLMƏYƏCƏK”

"Bu ölkənin əsaslarını islam və Quran təşkil edir. Bura yanlış, pozğun və destruktiv Qərb həyat tərzinin öz təsirini yaymasına icazə veriləcək yer deyil", – deyə Khamenei bir qrup müəllimlə keçirdiyi toplantıda qeyd edib. Məlumat Ali dini liderin internet səhifəsində dərc edilib.

"İslam Respublikasında belə bir sənədi qəbul etməyin heç bir mənası yoxdur", – deyə Khamenei "Təhsil 2030" planına münasibət bildirərkən qeyd edib. Xatırladaq ki, "Təhsil 2030" planı BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) tərəfindən irəli sürülüb.

Khamenei UNESCO-nun planına etirazının ayrıntılarına varmayıb. Ancaq İranın mühafizəkar şərhçiləri bildiriblər ki, planın təhsildə gender bərabərliyini təbliğ etməsi islam qaydalarına ziddir.

Buna da bax: İran seçkiləri: 5 arvadlı molla, qalstuklu və 3 yaşlı qız namizəd...

"Özü böyük dövlətlərin təsiri altında olan üzdəniraq beynəlxalq təşkilat fərqli tarixə, mədəniyyətə və sivilizasiyaya malik ölkələrin üzərinə öhdəliklər qoymağı özünə necə yaraşdıra bilər?" – deyə Ayatollah Khamenei sual edib. Khamenei tez-tez Qərbin İranın islami hökumətini devirməkdən ötrü apardığı "yumşaq müharibə" barədə xəbərdarlıq edir.

RƏQİBLƏRİNƏ DƏ DƏSTƏK BİLDİRMƏYİB

İran siyasətində son sözü daim ali dini lider deyir. Son həftələr Ayatollah Khamenei nitqlərində dəfələrlə özünün prezident Hassan Rouhani-dən uzaq olduğunu göstərib.

Ancaq o, Rouhani-nin prezident seçkisindəki hazırkı mühafizəkar rəqiblərindən də hər hansı birini dəstəkləməyib. Rəqiblər arasında nüfuzlu din xadimi Ebrahim Raisi və Tehran meri Mohammad Baqer Qalibaf da var.

Buna da bax:​ Khamenei: iranlılar arasında İsveçin yaxşı reputasiyası var

Birləşmiş Millətlər Təşkilatının 2015-ci ilin avqustunda yayılmış hesabatında deyilir ki, İranda təhsil, demək olar, hər kəsi əhatələyir. Sənəddə qeyd edilir ki, İran təhsilin bütün səviyyələrində gender bərabərliyinə nail olub.

Ancaq BMT-nin hesabatında həmçinin vurğulanır ki, ölkənin gender nisbəti ilə bağlı 2012-ci ildə qəbul etdiyi qaydalar universitetlərdə təhsil alan qızların sayının azalmasına yol açıb.

FİLM DƏ SENZURA OLUNUB

Şənbə günü İranın dövlət televiziyası Hassan Rouhani-nin seçki kampaniyasının hazırladığı sənədli filmi senzura edib.

Buna da bax: İranda orta məktəblər üçün azərbaycanca dərslik hazırlanı

Yarımrəsmi ILNA xəbər agentliyi məsələ ilə bağlı ətraflı məlumat verməsə də, Rouhani-nin seçki düşərgəsinin nümayəndəsi dövlət televiziyasının sənədli filmin "prezident Rouhani" ifadəsi işlədilən yerlərini kəsdiyini təsdiq edib. O, həmin açıqlamanı "Associated Press"ə verib.

Nümayəndə bildirib ki, filmin senzuraya qalmış hissələrindən birində tərəfdarlarının müxalifət lideri Mir Hossein Mousavi-ni alqışlaması əks olunubmuş. Mousavi 2011-ci ildən ev dustağıdır. Onun Yaşıl Hərəkatını mühafizəkarlar sərt tənqid edir. Bundan başqa keçmiş prezident Mohammad Khatami-nin də görüntüləri pozulub. Onun adı və görüntüləri İranda 2015-ci ildən yasaqlanıb. Rouhani-nin seçki kampaniyasının nümayəndəsi həmçinin bildirib ki, kəsilən fraqmentlərdən birində bir tələbə Khamenei-nin 2015-ci ildə İranla Qərb dövlətləri arasında imzalanmış nüvə sazişini dəstəklədiyini deyir.

Buna da bax: İran kinosu bu qadınlara borcludur...

Qeyd edilir ki, bu sənədli film Rouhani-nin ölkənin müxtəlif əyalətlərinə səfərləri zamanı etdiyi çıxışların toplusudur.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG