Keçid linkləri

2017, 20 Sentyabr, çərşənbə, Bakı vaxtı 22:33

Rohani dövlət televiziyasında senzurayla üzləşib


Rohani tərəfdarları. Tehran, 4May2017

İranın dövlət televiziyası prezident Hassan Rohani-nin seçki kampaniyası filminin bəzi hissələrini kəsib. Bu haqda yarırəsmi ILNA xəbər agentliyi məlumat yayıb. Ölkədə prezident seçkisi mayın 19-da keçiriləcək.

Rohani ikinci dəfə prezident olmağa iddialıdır. Sərt xətt tərəfdarı olan Ebrahim Raisi onun əsas rəqibi sayılır.

Rohani-nin kampaniya üzvü “Associated Press” agentliyinə deyib ki, Rezident Rohani adlı filmin bir neçə hissəsi kəsilib. 24 dəqiqəlik film Birinci Kanalda göstərilib.

Həmin əməkdaşın sözlərinə görə, filmdə müxalifət lideri Mir Hossein Mousavi və keçmiş prezident Mohammad Khatami-nin adları çəkilən yerlər kəsilib.

Khatami Rohani-yə dəstəyini bildirib, Mousavi də onun tərəfdarı sayılır

Dövlət televiziyası məsələyə, hələlik, şərh verməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG