Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 07:52

İranda orta məktəblər üçün azərbaycanca dərslik hazırlanıb


İranın Zəncan şəhərində çapa hazırlanan "Ana dili" dərsliyinin üz qabığı.
İranın Zəncan şəhərində çapa hazırlanan "Ana dili" dərsliyinin üz qabığı.

İranın əsasən Azərbaycanlıların yaşadığı Zəncan şəhərində yerli təhsil idarəsinin əməkdaşlığı ilə "altı illik ibtidai məktəblər" üçün "Ana dili" adlı azərbaycanca dərslik kitabının çapa hazırlandığı bildirilib. Bu haqda İran Azərbaycanının Urmiya şəhərində fəaliyyət göstərən "Yol Press" saytı xəbər yayıb. Saytın məlumatına görə "Ana dili" dərsliyinin müəllifi Məhəmməd Rza Kərimidir.

Buna da bax: '39 il qadağadan sonra İranda Azərbaycan dili tədris olunur'

"Ana Dili" kitabı təhsil idarəsinin əməkdaşlığı ilə hazırlansa da, dərsliyin məktəblərdə tədris olunacağına dair konkret məlumat verilməyib. Lakin keçən aylarda mətbuatda türk dilinin Zəncan vilayəti məktəblərində tədrisinin yolunun açıldığına dair xəbərlər dərc edilmişdi.

Kitabın içindəki açıqlamalara görə, dərslik hazırda şagirdlərin öz istifadəsi üçün nəzərdə tutulub.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG