İranın ali dini lideri Səudiyyə Ərəbistanı liderlərini, Birləşmiş Ştatlarla müttəfiq olduqlarına görə “səfeh” və “dəyərsiz” adlandırıb. Ayatollah Ali Khamenei mayın 27-də deyib ki, bu siyasət sonucda onların “tam iflası”na aparacaq.
Səudiyyəliləri ABŞ-la 110 milyard dollarlıq müdafiə və silah sazişi bağladığına görə Khamenei onların “amerikalılardan ötrü sağmal inək” olduğunu vurğulayıb. Həmin saziş prezident Donald Trump-ın mayın 20-də Səudiyyəyə səfəri zamanı imzalanıb.
Buna da bax: Ayatollah Khamenei: 'Təhsilin əsasını Quran təşkil etməlidir'
“Ona görə səfehdirlər ki, İslamın düşmənlərini pulla əldə edəcəklərinə inanırlar”, – yarırəsmi Fars xəbər agentliyinin yazdığına görə, ali dini lider deyib.
“İslamın düşmənlərinə səmimi davranır, Bəhreyn və Yəmənin müsəlman əhalisinə isə bunun əksini göstərirlər”, – Khamenei Ramazan ayının başlanması münasibətiylə dini toplantıda söyləyib. Onun sözlərinə görə, “onlar mütləq iflas edəcəklər”.
Buna da bax: 'Ayatollah Putin' və Çeçenistan müftisinə brilyant hədiyyə
Elə həmin gün İranın yeni seçilmiş prezidenti Hassan Rohani Qətər əmirilə telefon söhbətində Fars Körfəzi ölkələriylə münasibətlərin yaxşılaşdırılmasına çağırıb.