Keçid linkləri

Təcili xəbərlər
2020, 31 Oktyabr, şənbə, Bakı vaxtı 23:13

Bəzi rayonlarda yağış gözlənir


Yağış

Mayın 6-da Bakı və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi bildirilir. Şimal-qərb küləyinin əsəcəyi, gündüz cənub-şərq küləyi ilə əvəz olunacağı təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 13-16, gündüz 22-27, Bakıda gecə 14-16, gündüz 25-27 dərəcə isti olacaq.
Mayın 6-da Azərbaycanın bəzi rayonlarında isə şimşək çaxacağı, arabir yağış yağacağı vurğulanır.

Gecə 14-19, gündüz 25-30, dağlarda gecə 7-12, gündüz 14-19 dərəcə isti təxmin edilir.

Multimedia

XS
SM
MD
LG