Prezident İlham Əliyev bu gün, mayın 24-də əfv sərəncamı imzalayıb.
«Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında» sərəncama 634 nəfər məhkumun adı daxil edilib.
Prezident yanında Əfv Məsələləri Komissiya 2018-ci ildə ilk dəfə yanvarda, sonuncu dəfə isə ötən həftə toplanmışdı.
Komissiya üzvləri 28 May - Respublika Günü ərəfəsində yeni əfv sərəncamının imzalanacağını açıqlamışdılar.
Əfv sərəncamı ilə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 607 məhbus cəzanın çəkilməmiş hissəsindən azad ediliblər.
Əfv edilən məhbusların tam siyahısı: