Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:48

Deputat: 'Daşınar əmlakla bağlı bəzi problem məsələlər var'


Vahid Əhmədov
Vahid Əhmədov

“Hazırda Milli Məclisin müzakirəsində olan “Daşınar əmlakın yüklülüyü haqqında” qanun layihəsi kiçik həcmli kreditlərin alınması məsələsini asanlaşdırmasını nəzərdə tutur”.

Bunu qanun layihəsini şərh edən deputat Vahid Əhmədov bildirib.

V. Əhmədov bu layihədə bəzi məqamların problem doğura biləcəyini düşünür:

Buna da bax:​ Daşınar əmlak da girov qoyula biləcək

“Müəyyən problem üzündən daşınar əmlaka deyək ki, vergi, gömrük, sığorta orqanları da həbs qoya bilər. Bu zaman bu girovla bağlı vəsaiti ilkin olaraq hansı orqanın götürməsi mübahisələr yaratdı və növbəlilik məsələsini ortaya çıxartdı. Mən hesab edirəm ki, sahibi girovu qaytara bilmədiyi halda, ilk olaraq girovun satışından gələn vəsaiti vergi orqanı götürməlidir. Çünki, vergi birbaşa büdcəyə bağlı məsələdir”.

Deputatın sözlərinə görə, daha bir problem girov qoyulacaq daşınar əmlakın dəyərləndirilməsidir. Vahid Əhmədov hesab edir ki, bundan ötrü qiymətləndirmə meyarları olmalıdır:

“Kiminsə 100 min manat dəyərlində daşınar əmlakı var və onu girov qoyub kredit götürmək istəyirsə, daha buna 10 min manat qiymət qoyulmamalıdır. Girova ədalətli qiymət qoyulmalıdır”.

Buna da bax: Q.İbadoğlu: 'Problemli kreditlərin məhkəmələrdə kompleks həlli yoxdur'

Xatırlatma

Ötən həftə parlament “Daşınar əmlakın yüklülüyü haqqında” qanun layihəsini birinci oxunuşda qəbul edib. Mayın 2-də parlamentdə qanun layihəsinin müzakirəsi davam edəcək.

Yeni qanun daşınar əmlakların yüklülüyünün hüquqi rejimini və əmlak sahiblərinin hüquqlarının həyata keçirilməsi qaydalarını müəyyən edir. Yeni qanunla insanlar kredit götürərkən mal-qara, maşın, kiçik texnika, televizor, kompüteri və digər daşınar əmlakları girov qoya biləcəklər.

Bu yolla maliyyə resurslarına çıxışın asanlaşdırılması nəzərdə tutulur.

Buna da bax:​ Daşınar əşya ipotekasının qeydiyyat rüsumu müəyyənləşdirilib

Ancaq bu qanuna tənqidə yanaşanlar da var. Bəzi ekspertlər hesab edir ki, gələcəkdə bu qanun bir çox insanların kredit borclarına görə, ev əşyalarının belə müsadirə edilməsinə imkan yaradacaq.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG