Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Avqust, Bazar ertəsi, Bakı vaxtı 09:35

Daşınar əmlak da girov qoyula biləcək


Milli Məclis

Milli Məclis aprelin 25-də “Daşınar əmlakın yüklülüyü haqqında” qanun layihəsini birinci oxunuşda qəbul edib. Qanunun dərc edildiyi gündən 6 ay sonra qüvvəyə minməsi nəzərdə tutulur.

Yeni qanun daşınar əmlakların yüklülüyünün hüquqi rejimini və əmlak sahiblərinin hüquqlarının həyata keçirilməsi qaydalarını müəyyən edir. Yeni qanunla insanlar kredit götürərkən mal-qara, maşın, kiçik texnika, televizor, kompüteri və digər daşınar əmlakları girov qoya biləcəklər.

Buna da bax:​ Daşınar əşya ipotekasının qeydiyyat rüsumu müəyyənləşdirilib

Bu yolla maliyyə resurslarına çıxışın asanlaşdırılması nəzərdə tutulur.

Qanuna əsasən, 24 saat fəaliyyət göstərən portalın yaradılması nəzərdə tutulur. Həmin reyestrdə daşınar əmlakın yüklü olması ilə bağlı bilgilər toplanacaq.

Parlamentdəki müzakirələr zamanı deputatlar yeni qanunun maliyyə resurslarına çıxış imkanlarını artıracağını deyiblər. Onlar bildiriblər ki, qanunun qəbulunda əsas məqsəd bank sisteminin aktivləşdirilməsi, kreditləşmənin səviyyəsinin artırılmasıdır.

Buna da bax: Q.İbadoğlu: 'Problemli kreditlərin məhkəmələrdə kompleks həlli yoxdur'

Qanunda daşınar əmlakın yüklülüyü 3 cür - dövlət, bələdiyyə və xüsusi yüklülük növlərinə ayrılıb.

Ancaq bu qanuna tənqidə yanaşanlar da var. Bəzi ekspertlər hesab edir ki, gələcəkdə bu qanun bir çox insanların kredit borclarına görə, ev əşyalarının belə müsadirə edilməsinə imkan yaradacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG