Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Aprel, bazar, Bakı vaxtı 18:34

Q.İbadoğlu: 'Problemli kreditlərin məhkəmələrdə kompleks həlli yoxdur'


Qubad İbadoğlu

«Azərbaycanda 2 milyon 304 min 585 müştərinin kredit hesabı var. Bu o deməkdir ki, hər 4 nəfərdən birinin ya özünün və ya da sahibi olduğu sahibkarlıq subyektinin bank qarşısında birbaşa öhdəlikləri mövcuddur».

İqtisadçı Qubad İbadoğlu bank kreditlərinin çözüm yolları barədə danışarkən belə deyib.

O qeyd edib ki, hazırda məhkəmələrdə bank-müştəri arasında mübahisələrə dair 280 min iddia qeydə alınıb. Onların əksəriyyəti bankların verdikləri kreditlərlə bağlı yaranmış borclara görədir.

***Buna da bax-Deputat: 'Daha bir neçə bank bağlana bilər'

«Bu kredit borcu olanların 12 faizini və ya hər 8 nəfərdən 1-ni təşkil edir. Məhkəmə qərarlarının icrası qurumlarının sərəncamına yönələn işlərin sayı da durmadan artır», - ekspert bildirib.

Q.İbadoğlu qeyd edib ki, bu durum məhkəmə xərclərini ödəyən bankların və müştərilərin məsrəflərini də xeyli artırır. Onun fikrincə, belə vəziyyətdən yalnız məhkəmə, məhkəmə qərarlarının icrası qurumları rəsmi və qeyri-rəsmi ödənişlər hesabına bəhrələnir.

Q.İbadoğlu deyib ki, son rəsmi bilgilərə görə, bank və bank olmayan kredit təşkilatlarının kredit portfeli 16 milyard 705 milyon 200 min manat təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 21.2 faiz azdır.

***Buna da bax-'Problemli kreditlərin çoxunu bank sahibləri və inzibatçıların özləri yaradıb'

«Artıq ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 10 faizini ötüb. Kredit qoyuluşlarının həcmi azalır, eləcə də kredit portfelində vaxtıkeçmiş borcların payı da artır», - deyən ekspert vurğulayır ki, borc probleminin məhkəmə müstəvisində kompleks həlli perspektivi yoxdur.

«Bu prosesə dövlət müdaxiləsi olmalı, problemi tənzimləməkdən ötrü uyğun hüquqi və normativ baza formalaşdırmalıdır. Məhkəmələrin düzgün, sosial cəhətdən ədalətli qərar verməsindən ötrü fiziki şəxslərin və fərdi sahibkarların müflis olmasına dair müvafiq qanun layihəsi qəbul edilməlidir. Məhkəmələr də müştərilərə ümid və şübhəli borcları qaytarmaqdan ötrü möhlət hüququ verməlidir», - Q.İbadoğlu bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG